Okeanın o tayından Moskvaya soyuq duş effekti

Rusiya əleyhdarı birinin Pentaqon şefi təyin olunması Rusiyada Tramp haqqında müsbət fikirlərə son qoyacaq Növbəti dörd il müddətinə Birləşmiş Ştatlara rəhbərlik edəcək Respublikaçı Donald Trampın formalaşdıracağı yeni kabinetin kimlərdən ibarət olacağı, yeni Amerika rəhbərliyinin hansı addımlar atacağı barədə müxtəlif proqnozlar səsləndirilməkdədir.

Rusiya əleyhdarı birinin Pentaqon şefi təyin olunması Rusiyada Tramp haqqında müsbət fikirlərə son qoyacaq

Növbəti dörd il müddətinə Birləşmiş Ştatlara rəhbərlik edəcək Respublikaçı Donald Trampın formalaşdıracağı yeni kabinetin kimlərdən ibarət olacağı, yeni Amerika rəhbərliyinin hansı addımlar atacağı barədə müxtəlif proqnozlar səsləndirilməkdədir.

Politoloq Məhəmməd Əsədullazadə deyir ki, Amerikada Respublikaçı milyader, Rusiya ilə normal siyasi əlaqlərə üstünlük verəcəyini, hətta Putinə qarşı simpatiyasını dilə gətirən Donald Trampın prezident seçilməsi, təccüblü olsa da, onun hazırda əsas işi öz komandasını formalaşdırmaqdır. Politoloq qeyd edib ki, Trampın komandasında hansı isimlərin yer alacağı və hansı siyasi kursu yürüdəcəkləri maraq kəsb etməkdədir: "Trampın gələcək dörd ildə işləyəcəyi şəxslərin adlarına fikir verdikdə onun ABŞ-ın hegemon bir dövlət olmasından yana şəxslərə üstünlük veridiyi görünməkdədir. Prinsipcə respublikaçılar mühafizəkardırlar, ABŞ-ın "Dünya Jandarmı" siyasətinin tərəfdarlarıdır. Trampın Rusiya haqqında seçki öncəsi pozitiv, hətta ABŞ xarici siyasəti ilə uzlaşmayan açıqlamalarının əksinə olaraq, Pentaqon rəhbərliyinə Rusiya əleyhdarı general Ceyms Mattisinin gətiriməsi isə təccüblü görünməməlidir. Bu təyinatdan aydın olur ki,Trampın yürüdəcəyi Rusiya siyasəti ABŞ-ın ənənəvi maraqlarına hesablanacaq.Təcrübəli və peşəkar, NATO və Yaxın Şərqdə uzun müddət xidmət aparan bir generalı Pentaqon rəhbərliyinə gətirməklə,Trampın Yaxın Şərq siyasətində yeni və sərt xətt siyasətinə üstünlük verəcəyi, NATO ilə əlaqələri genişləndirəcəyini deməyə əsas verər.Çünki, potensial rəhbərliyə gətirilən general NATO-nun güclənməsini və Rusiyanın zəiflədilməsi üçün daima cəsarətli çıxışlar edib. Hətta, Ceyms Mattis Rusiyanın demokratik ölkə ilə qonşu olmağını müsbət hesab etmir. General bildirib ki, Rusiya ətrafa qeyri-stabillik saçaraq özü üçün təhlükəsizlik qarantiyası yaratmaq istəyir. Potensial Pentaqon rəhbəri hesab edir ki, əslində məsələ təkcə Putin orbtində deyil, bütövlükdə Rusiyadadır. "Ola bilsin Putin qəfəsdən buraxdığı gücü özü də idarə etmək imkanında deyil. Hesab edirəm ki, o, 2020-ci il ərəfəsində ölsə, varisi Putinin azad etdiyi impulsları nəzarətdə saxlaya bilməyəcək" deyə Mattis bildirib. Generalın fikrincə Putin hakimiyyətdən gedəndən sonra Rusiyanın dəyişəcəyi haqda təsəvvürlər illuziyadır". Məhəmməd Əsədullazadə bildirib ki, yeni Pentaqon şefinin açıqlamaları Rusiyada soyuq duş effekti yaradacaq və Moskvada Donald Tramp haqqında müsbət fikirlərə son qoyulacaq: "Ceyms Mattis Amerika dəniz piyadalarının sıralarında 44 il xidmət

edib. 2001-ci ildə Əfqanıstanın cənubunda gedən hərbi əməliyyatlara komandanlıq edib. Daha sonra ABŞ-ın İraqa müdaxiləsi zamanı əsas komandanlardan biri olub. Həmin il Amerika qoşunları sürətlə irəliləyərək Bağdadı tutsalar da, Səddam rejiminin tərəfdarları, habelə radikal qəbilələri Əl-Fəlluca şəhərinə nəzarət etməkdə davam edirdi. 2004-cü ildə general Mattisin rəhbərliyi altında Əl-Fəllucaya hücum başlayır. Bu, İraq hərbi kampaniyasının ən qanlı əməliyyatı idi. General Mattisin komandanlığı ilə Amerika qoşunları Əl-Fəllucada xüsusi amansızlıq nümayiş etdirdilər. Həmin əməliyyata görə Mattis "quduz köpək" təxəllüsü qazandı. 2010-cu ildə o, ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin tabe olduğu Mərkəz komandanlığının rəhbəri təyin edilib. Bu vəzifədən istefaya gedib və Obama administrasiyasının siyasətinin qatı tənqidçilərindən birinə çevrilib. Generalın məhz istefası Obama administrasiyasını tənqid etməsi də xarici siyasətdə sərt xəttin tərəfdarı olmasını göstərir. Trampın belə bir generalı yüksək posta gətirməsi onun Yaxın Şərq və Rusiya siyasətində sərt xəttə üstünlük verəcəyindən xəbər verir. Trampın xarici və milli təhlükəsizlik sahəsində təcrübəsiz olduğunu nəzərə alsaq, peşəkarlarla işləyəcəyi və onları dinləyəcəyi şübhəsizdir. Xidmət müddətində tərcümeyi halına diqqət etdikdə aydın olur ki, yeni Pentaqon şefi ABŞ-ın Rusiya və Yaxın Şərq siyasətinə yeni hərbi dönəm siyasətini gətirəcək. O, son illərdə Pentaqonla Türkiyə arasında yaranan soyuq münasibətlərə də son verə bilər. Həmçinin yeni Pentaqon şefi ABŞ-ın Yaxın Şərqdə zədələnmiş, iflasa uğramış siyasətini bərpa edib, regionda əsas söz sahibi Türkiyənin geosiyasi maraqlarını nəzərə alıb, inkişaf edən Rusiya-Türkiyə əlaqələrini zəiflədə bilər. ABŞ xarici siyasətində mühüm rol oynayan Pentaqon və onun yeni şefinin Cənubi Qafqazda ABŞ geosiyasi maraqlarını nəzərə alacağını, Rusiyanın regionda təsirini zəiflətmək istiqamətində çalışacağı, Azərbaycana və Gürcüstana önəm verəcəyi şübhəsizdir". Politoloq deyib ki, Respublikaçılar daima Cənubi Qafqazı ABŞ-ın geosiyasi maraqlarına əsas tərkib hissəsi kimi baxıblar: "Və Rusiyanın Cənubi Qafqazda mövqeyini zəiflətmək üçün siyasi xətti davam etdiriblər. Regionda Ermənistanın Rusiyanın forpostu olması, son aylarda Rusiyanın bu ölkədə hərbi iştirakını möhkəmləndirməsi, yeni administrasiya və Pentaqon tərəfindən diqqətə alınacağı, Ermənistanın regionda sülhə və təhlükəsizliyə Rusiya ilə birgə ciddi təhlükə hesab ediləcəyi gözlənilə bilər".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31