Gündəm

Azərbaycan XİN-dən Uorlikin gedişinə münasibət

21 Noyabr 2016 16:52

"Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən gözləntisi institusional xarakter daşıyır". Olaylar.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Telman İsmayılovun o biri qardaşı da qətl işinə qarışdı

21 Noyabr 2016 16:50

Azərbaycanlı oliqarx və müflis duruma düşmüş keçmiş milyarder Telman İsmayılovun daha bir qardaşı iki nəfərin qətli işi üzrə fiquranta çevrilir.

Musiqili Teatrda Xalq artisti Mobil Əhmədovun xatirəsi yad edilib

21 Noyabr 2016 16:49

Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, özünəməxsus ifa tərzi ilə yaddaşlarda iz qoyan Xalq artisti Mobil Əhmədovun 85 yaşı tamam olub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb, dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Mobil Əhmədovun 85 illiyinə həsr olunub. Tamaşanın nümayişindən əvvəl Musiqili Teatrın Ədəbi hissə müdiri, Respublikanın Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı Mobil Əhmədovun həyat və yaradıcılığı haqqında çıxış edib. T. Pənahqızı aktyorun canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb.

XİN: Qondarma rejimin təbliği məqsədilə Brüsseldə planlaşdırılan konsert də ləğv olunub

21 Noyabr 2016 16:47

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təbliği məqsədilə Brüsselin məşhur “Palais des Beaux Arts” sarayında keçirilməsi nəzərdə tutulan konsert proqramının da ləğv edilməsi təmin olunub.

Metyu Brayza: Azərbaycan Xəzərin ekologiyasının mühafizəsi üçün böyük işlər görür

21 Noyabr 2016 16:45

Azərbaycanda neft dağılmalarının nəticələrinin aradan qaldırılması üçün çox yaxşı baza yaradılıb.

AKP millət vəkili: “Türkiyədə çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi”

21 Noyabr 2016 16:43

Türkiyənin Yerli Düşüncə Dərnəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar tədbir  keçirib.

Ümumi təhsil müəssisələrində seminarlar təşkil olunub

21 Noyabr 2016 16:39

Bakıdakı 239 və 251 nömrəli tam orta məktəblərdə “Müstəqil dövlətimizin qorunması mühüm şərtdir” mövzusunda seminar keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Müharibədən zərər çəkən nəqliyyat işçiləri” İctimai Birliyi tərəfindən təşkil edilmiş seminarlar “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün ali və ümümi təhsil ocaqlarında elmi-praktiki konfransların təşkili” layihəsi çərçivəsində keçirilib.

"Neft Daşları” yatağında yeni quyu qazılır

21 Noyabr 2016 16:36

“Neft Daşları” yatağındakı 602A saylı özüldə 2665 nömrəli quyunun qazma işləri davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1750 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

Rusiya turizm agentliklərinin təmsilçiləri ölkəmizdə səfərdə olub

21 Noyabr 2016 16:35

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Rusiya Federasiyasındakı turizm nümayəndəliyi olan “Tour a vent” şirkətinin təşkilatçılığı ilə Moskvada fəaliyyət göstərən 16 turizm agentliyinin nümayəndələri reklam turu çərçivəsində ölkəmizə səfər ediblər. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, rusiyalı turizm təmsilçiləri Paytaxtla yanaşı, Naftalan, Şamaxı, Qəbələ, Şəki və Qusardakı “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar.

Ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinə start verilib

21 Noyabr 2016 16:32

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə vurduğu ziyanla bağlı mmarifləndirici tədbirlər keçiriləcək.

Rüfət Səfərov Şüvəlan Təcridxanasına köçürüldü

21 Noyabr 2016 16:30

Rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən sabiq müstəntiq Rüfət Səfərov 1 saylı Bakı İstintaq Təcridxanasından köçürülüb.

Müxalifətin sualına özləri cavab verir SİYASİ RAKURS

21 Noyabr 2016 16:28

Yaxud, xalqdan təcrid olmuşlar indi də KİV-ləri günahlandırırlar Hazırda müxalifət cameəsinin azsaylı tərəfdararı artıq uzun müddətdir ki, bir sual üzərində “baş sındırırlar” – görəsən hər seçki və sair siyasi proseslərdən öncə “odlu-alovlu” çıxışları ilə hay-küy qaldıran, xalqı meydanlara çağıran düşərgə “liderləri” nəyə görə bu iqtidarlarını itiriblər?  Niyə AXCP, Müsavat, KXCP, AMİP, VİP, Ümid, ADP, AzDP, AXP, eləcə də başqa “mənəm-mənəm” deyən partiya liderləri, o cümlədən, “Milli Şura”, REAL, ADR kimi hərəkat rəsmiləri uzaq başı ya nəzarətlərində olan medialardan, ya da sosial şəbəkələrdən çıxa bilmirlər, çıxanda da nəticədə aciz duruma düşürlər? Ümumiyyətlə, müxalifətin növbəti ilini də məğlubiyyətli şəkildə başa çatrırmasının köklü səbəbi nədədir?

"Bu, Sarkisyanın növbəti hiyləsidir"

21 Noyabr 2016 16:23

“Bu gün Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlamaqda davam edir. Belə olan halda işğalçı tərəflə “qaynar xətt” yaratmaqdan söhbət gedə biməz”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov prezident Serj Sarkisyanın Bakı ilə İrəvan arasında qaynar xətt yaradılmasına dair təklifinə münasibət bilirərkən deyib.

İşdən çıxarılan avtobus sürücüləri özlərini çarmıxa çəkdilər

21 Noyabr 2016 16:20

Hər kəs İsa peyğəmbərin çarmıxa çəkilməsindən xəbərdardır. İnsan bunun təkraredilməz hadisə olduğunu düşünür. Əfsuslar olsun ki, bu belə deyil. Çünki indinin özündə də insanlar çarmıxa çəkilirlər. Amma bunun fərqli səbəbləri var: kimisi mövcud problemə diqqət çəkmək istəyir, kimisi adət və ənənəyə görə buna məcbur olur, kim üçünsə bu, sadəcə özünü ifadə formasıdır.

Əli Abbasov: "Bu pullar necə xərclənib, bilmərəm"

21 Noyabr 2016 16:18

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibət bildirib.