Ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinə start verilib
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə vurduğu ziyanla bağlı mmarifləndirici tədbirlər keçiriləcək.
21 Noyabr 2016 16:32 SosialAzərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa Narkotik və Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstərişinə uyğun olaraq təhsil müəssisələrində narkotiklərin və narkomanlığın cəmiyyətə vurduğu ziyanla bağlı mmarifləndirici tədbirlər keçiriləcək. Bu barədə komissiyadan verilən məlumata görə, belə tədbirin keçirilməsində məqsəd insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır. Dovlət Komissiyasının İşçi Qrupunun və Təhsil Nazirliyinin birgə təşkilatçılığı və adiyyəti dövlət orqanlarının iştirakı ilə cari ilin 21 noyabr tarixindən Azərbaycan Dillər Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində və o cümlədən qeyri-dövlət ali təhsil müəssisələri olan Qafqaz, Qərb Xəzər və digər Universitetlərdə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.