ADP Rusiyanın Ermənistanla hərbi blok yaratmasından narahatdır

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İdsarə Heyəti BMT Baş Assambleyasının müvafiq komitəsinin Krımda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi qətnamədə Rusiyanın işğalçı dövlət adlandırılmasını düzgün addım kimi dəyərləndirib, eyni zamanda regional münaqişələrin həllində ikili yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırıb və işğalçı dövlət haqda nəticəsi konkret icra tələb edən ümumi qətnamələr qəbul edilməsinin vacib olduğunu qeyd edib. İdarə Heyəti həmçinin Rusiyanın Ermənistanla ikili hərbi blok yaratmasından narahat olduğunu, bu addımın ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götüdüyü barış missiyasına, Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığına zidd olduğunu bildirib.

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, İdarə Heyəti BMT Baş Assambleyasının müvafiq komitəsinin Krımda insan haqlarının durumu ilə bağlı qəbul etdiyi qətnamədə Rusiyanın işğalçı dövlət adlandırılmasını düzgün addım kimi dəyərləndirib, eyni zamanda regional münaqişələrin həllində ikili yanaşmaların yolverilməz olduğunu diqqətə çatdırıb və işğalçı dövlət haqda nəticəsi konkret icra tələb edən ümumi qətnamələr qəbul edilməsinin vacib olduğunu qeyd edib. İdarə Heyəti həmçinin Rusiyanın Ermənistanla ikili hərbi blok yaratmasından narahat olduğunu, bu addımın ATƏT-in Minsk qrupunun üzvü kimi üzərinə götüdüyü barış missiyasına, Azərbaycanla iqtisadi-siyasi əməkdaşlığına zidd olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31