Qətliama səbəb olan meymun

Gərginliyin hökm sürdüyü Liviyada tragikomik hadisə baş verib. Ölkənin cənubundaki Səbha şəhərində bir meymun çoxlu sayda insanın ölümünə səbəb olub. Şəhərdə yaşayan Kaddadfa qəbiləsinə aid bir mağaza sahibinin meymunu məktəbli qızlara hücum edib və şagirdlərdən birinin baş örtüsünü alaraq qaçıb. Məktəbli qızın ailəsi  – Süleyman qəbiləsindən olan silahlı şəxslər meymunun sahibibini qətlə yetiriblər. İki qəbilə arasında baş verən dörd günlük silahlı qarşıdurma nəticəsində 16 nəfər həlak olub, çoxlu sayda yaralılar var.

Gərginliyin hökm sürdüyü Liviyada tragikomik hadisə baş verib. Ölkənin cənubundaki Səbha şəhərində bir meymun çoxlu sayda insanın ölümünə səbəb olub. Şəhərdə yaşayan Kaddadfa qəbiləsinə aid bir mağaza sahibinin meymunu məktəbli qızlara hücum edib və şagirdlərdən birinin baş örtüsünü alaraq qaçıb. Məktəbli qızın ailəsi  - Süleyman qəbiləsindən olan silahlı şəxslər meymunun sahibibini qətlə yetiriblər. İki qəbilə arasında baş verən dörd günlük silahlı qarşıdurma nəticəsində 16 nəfər həlak olub, çoxlu sayda yaralılar var.

Bildiyimiz kimi Müəmmər Qəddafi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bir zaman çiçəklənən və varlı Liviyada zorakılıq, hərc-mərclik və daxili qarışıqlıq günbəgün artmaqdadı. Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31