Təskinlik və toxtaqlıq və yaxud əbədi və həmişəlik mübarizə
(Əhvalında pərişanlıq olan bir dosta məktub)
21 Noyabr 2016 15:27 Sosial(Əhvalında pərişanlıq olan bir dosta məktub)
Nazim Nəsrəddinov
Hər anımız mübarizə,
mübarizə...
Dəqiqəmiz,saatımız
mübarizə......
Hər günümüz, hər həftəmiz
mübarizə...
Hər ayımız, hər ilimiz
mübarizə...
.
İşimiz də, gücümüz də
mübarizə..
Sevgimiz də, öcümüz də
mübarizə......
Mübarizə yoxsa əgər,
Giley-güzar çoxsa əgər,
Qəhər bizi,
kədər bizi
boğsa əgər......
İt də,
qurd da gülər bizə..
Aləm nələr
deyər bizə...
Özümüzü güldürməyək
Qurdumuza,
itimizə..........
Bilinməyib
ac olmuşuq--
tox olmuşuq,....
Ərlinməyib,
usanmayıb,
utanmayıb
yamanlığın ətrafından
yox olmuşuq,
Vüqarımız, mənliyimiz
vüqar olub,
mənlik olub.
Yaxşı işlər
sənlik olub,
mənlik olub.
Yaşa,qardaş,
yaşa, qardaş.
Nə etməli,
yaxşı azdır,
Dünya yaman
pisliklərlə
tünlük olub......