Deputatlarımız AVRONEST-in tədbirinə qatılıblar

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər ediblər. MM-dən verilən məlumata görə, toplantılarda cari ildə Belarusda və Gürcüstanda keçirilmiş parlament, Moldovada prezident seçkilərinin nəticələri müzakirə ediləcək, qurumun gələcəkdə qəbul edəcəyi qətnamələr barədə fikir mübadiləsi aparılacaq, növbəti tədbirlərin keçiriləcəyi ölkələr və tarixlər müəyyən olunacaq. Səfər noyabrın 24-da başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31