Gündəm

Bir neçə villa, elit mənzillər, torpaq sahələri...

21 Noyabr 2016 13:42

2 milyonla tutulan nazirin VARİDATI Rusiyanın 2 milyon dollar rüşvət aldığına görə həbs edilən keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayev kifayət qədər zəngin yaşayırmış.

Bakıda yol qəzalarının daha çox baş verdiyi YERLƏR

21 Noyabr 2016 13:40

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 21 bölməsi üzrə aparılan araşdırmalar göstərib ki, yol-nəqliyyat qəzaları daha çox Bakı şəhərinin Sabunçu, Yasamal, Binəqədi və Nərimanov rayonlarının payına düşür.

AST Telman iki biznesmeni öldürdən qardaşını necə xilas edib?

21 Noyabr 2016 13:39

Azərbaycanlı oliqarx və hazırda müflis durumda olan biznesmen Telman İsmayılovun qardaşının iki nəfərin qətlini sifariş verməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Virtualaz.org xəbər verir ki, qətldən az sonra, 2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb. Və bu səylər ilkin nəticə verib. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskvaətrafı vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün "yetərli əsas tapa bilməyib". Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb. 

Nazir: "Avstriya Qarabağda sülh prosesini dəstəkləməyə hazırdır"

21 Noyabr 2016 13:35

Avstriya ATƏT-in gələcək sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Minsk prosesini dəstəkləməkdə davam edəcək. Olaylar.az  xəbər verir ki, Trend-in RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu sözləri Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.

Prezidentin müşaviri: "Avropa İttifaqının Türkiyəyə ehtiyacı var"

21 Noyabr 2016 13:32

Türkiyə zaman-zaman Avropa İttifaqına daxil olmağa cəhd göstərdi. Lakin Türkiyənin heç vaxt Aİ-yə ehtiyacı olmayıb, əksinə İttifaqın Türkiyəyə ehtiyacı var. Olaylıar.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda səfərdə olan Türkiyə prezidentinin baş müşaviriYalçın Topçu deyib.

"ABŞ başqa coğrafiyalarda qan tökməyə son qoymalıdır"

21 Noyabr 2016 13:31

ABŞ ikitərəfli razılaşmaya əməl etməli, NATO üzvü kimi Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni Türkiyəyə ekstradisiya etməlidir.

23 yaşlı model 62 yaşlı milyarderin qucağında - FOTO

21 Noyabr 2016 13:29

Türkiyəli milyarder Ali Ağaoğlunun 23 yaşlı sevgilisi Duyğu Su Gülpınar İnstaqram paylaşımı ilə gündəmə gəlib.

Homoseksuallıq bəlasının fərqində olaq

21 Noyabr 2016 13:27

Bütün dünya səviyyəsində getdikcə artan və şüurlu şəkildə insanların təşviq edildiyi çox ciddi bir problem var: homoseksuallıq. Homoseksuallıq yayıldıqca və cəmiyyətdə qəbul olunduqca dünya daha böyük uçuruma doğru sürüklənəcək, ona görə hər kəsin bu təhlükəyə qarşı çox diqqətli olması lazımdır.

Bakıda 87 yaşlı qadın yanaraq ölüb

21 Noyabr 2016 13:24

Bakıda 87 yaşlı qadın faciəli şəkildə ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 12-də Binəqədi rayonu ərazisində yaşayan 87 yaşlı Tatyana Rosiskaya evində iş görərkən yaylığı yandığından baş nahiyəsindən yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilən T. Rosiskaya noyabrın 19-da orada ölüb. 

Arif Rəhimzadə: “Gənclərin partiyamıza axını çox sevindiricidir”

21 Noyabr 2016 13:22

“Yeni Azərbaycan Partiyası ötən 24 il ərzində uğurla fəaliyyət göstərib. Artıq partiyamızın üzvlərinin sayı 700 min nəfərə yaxınlaşıb. Bu mənada gənclərin partiyamıza axını çox sevindiricidir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Bakıda yaşayış evində partlayış olub

21 Noyabr 2016 13:22

Bakıda yaşayış evində partlayış olub , xəsarət alan var. DİN-dən verilən məlumata görə, Yasamal rayon sakini Adil Kazımovun evində baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev dağılıb, xəsarət alan A.Kazımov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Restoranda iyrənclik: Siçan ətindən hamburqer

21 Noyabr 2016 13:20

Rusiyada fəaliyyət göstərən restoranlardan biri müştərilərinə qeyri-adi menyu təqdim edir. Milli.Az "Milliyet"ə istinadla xəbər verir ki, restoranda müştərilərə siçan ətindən hazırlanmış hamburqer, sosiska, sendviç və başqa fəstfud növləri servis edilir.

Bakıya qar yağacaq 

21 Noyabr 2016 13:19

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Psix fanatı aktrisanı şoka saldı

21 Noyabr 2016 13:17

Türkiyəli məşhur aktrisa Fatma Girik illərdir onu izləyən pərəstişkarı ilə qarşılaşıb. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, Məhməd Altan adlı şəxs xəstəxanaya gələrək, bir müddət öncə ayağından əməliyyat edilən Fatma Girikin yaxını olduğunu deyib və onun yanına girib. Aktrisa gözünü açanda Məhməd Altanı görüb və çox qorxub.

Komitə sədri: "Erməni əsirliyində olan azərbaycanlı qadınların..."

21 Noyabr 2016 13:15

Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb. Olaylar.az  APA-ya istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış mərasimində çıxışı zamanı eyib.