Gündəm

Binəqədidə uşaqlarla görüş keçirilib 

21 Noyabr 2016 13:09

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Humel” Psixologiya Mərkəzinin təşkilatçılığı ilə “Magic House” uşaq bağçasında “Onlar ilə öyrənək və öyrədək” layihəsi çərçivəsində uşaqlarla növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, “Magic House” uşaq bağçasının müdiri Şəlalə Qarayeva, “Humel” Psixologiya Mərkəzinin baş psixoloqu Ülviyyə Hümmətova, uşaq psixoloqu Ülkər Sadıqova və Psixologiya Mərkəzinin əməkdaşı Zümrüd Həsənli iştirak ediblər.

Dini Komitə maarifləndirmə işlərini davam etdirir

21 Noyabr 2016 13:08

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Mingəçevir şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mingəçevir Dövlət Universitetində “Azərbaycanda dini ekstremizmə qarşı mübarizədə tolerantlıq və multikulturalizm ənənələrinin rolu” mövzusunda konfrans keçirilib.

Əli Devrimin anım mərasimi keçirilib

21 Noyabr 2016 13:05

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Əli Devrimin anım mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə liseyin müəllim və şagird heyəti, valideynlər, mərhumun Anadolu Liseyində çalışan müəllim dostları və orada təhsil alan şagirdlərin valideynləri, həmçinin QHT və KİV təmsilçiləri iştirak ediblər. Mərasimdə öncə dualar oxunub, Quran ayələri dinlənilib. Sonra söz alan liseyin müdir yardımçısı Musa Ediz mərasimə qatılaraq Əli Devrimin xatirəsinə ehtiramlarını bildirən hər kəsə minnətdarlıq edib. Mərhum barədə xatirələrini də dilə gətirən Musa Ediz “Onunla zaman-zaman görüşürdük. Əli bəyin duruşu və baxışı insana sanki nələrsə anladırdı. Mən onun duruşundan,baxışından nə söyləmək istədiyini sezirdim. Biz belə anlaşırdıq”. Musa Edizin sözlərinə görə, mərhum Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu.

Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyəti   “Qarabağ” beynəlxalq mükafatını təqdim edib

21 Noyabr 2016 13:03

Noyabrın 19-da Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusisyyətləri” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları öncə Ümumilli lider Heydər Əliyevin Tərtər rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Güləş üzrə respublika birinciliyi keçirilib

21 Noyabr 2016 13:00

Xaçmaz Olimpiya İdman Kompleksində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) açıq respublika birinciliyi keçirilib.

“Azəravtoyol” yaşıllaşdırma aksiyası keçirib

21 Noyabr 2016 12:59

“Azəravtoyol” ASC-nin kollektivi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-lik ərazisinin mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Cəmiyyətin sədri Saleh Məmmədov və qurumun digər rəhbər şəxsləri də yaxından iştirak ediblər. Cəmiyyətin 100 nəfərdən artıq işçisinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı 250 min m2 ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 10 min ədəd eldar şamı və sərv ağacları əkilib. Əkilən ağaclar Cəmiyyətin 1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin tinglik sahələrində yetişdirilib.

Xalq artisti Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festival keçiriləcək

21 Noyabr 2016 12:58

Görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli, professor Ramiz Mustafayevin (1926-2008) anadan olmasının 90 ili tamam olur. Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələyib, 200-dən artıq xalq mahnısını xor üçün işləyib.

Prezident məğlub oldu

21 Noyabr 2016 12:57

Ötən gün Fransada keçiriləcək prezident seçkilərinin ilkin nəticələri açıqlanıb. Nəticələrə əsasən eks – prezident Nikolaya Sarkozi elə ilk mərhələdə uduzub. Orta sağ seçiciləri ona etimad göstərməməsi nəticəsində Sarkozi ikinci tura keçə bilməyib. Hal – hazırda seçki lideri kimi sabiq baş nazir Fransua Fiyyon göstərilir. Sarkozi artıq məğlubiyyətinin qəbul edib və yaxın günlərdə prezident seçkilərindən çəkiləcəyini bəyan edib. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.

Mağazanı qarət edənlər ifşa edilib

21 Noyabr 2016 12:55

Noyabrın 12-də rayon sakini İlkin Novruzova məxsus mağazadan 270 manat pul və 8.000 manat dəyərində parfumeriya məhsulları oğurlanıb. DİN-dən verilən məlumata görə, Siyəzən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Aqşin Salayev və Ravin Səmədov tutulub. Daha 1 nəfər isə müəyyən edilib. 

Avtoqəzada 1 nəfər ölüb, 3-ü yaralanıb

21 Noyabr 2016 12:54

Noyabrın 21-də saat 01 radələrində Goranboy rayonunun Sarov kəndində Gəncə şəhər sakini Arzu Süleymanov idarə etdiyi "KamAZ" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Murad Nəzərovun "Mercedes" markalı avtomobilinə vurub. DİN-dən verilən mllumata görə, nəticədə M.Nəzərov hadisdə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə start verildi

21 Noyabr 2016 12:46

Noyabrın 21-də Qubada dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək. Eyni zamanda ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər. Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.

Ermənilər 25 dəfə atəşkəsi pozub

21 Noyabr 2016 12:44

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 25 dəfə pozub. İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

"Kiminsə ərini əlindən ala bilərəm, o tərəfə də keçərəm, amma..." - VİDEO 

21 Noyabr 2016 12:41

"ARB Ulduz"un efirində yayımlanan "Şou məkan" verilişinin növbəti qonağı olan müğənni Sevda Sanəliyeva şəxsi həyatı ilə bağlı eksklüziv açıqlamalar verib.

ŞOK: Vəkilləri Rza Zərrabı aldadır?

21 Noyabr 2016 12:36

Rza Zərrab ABŞ-da həbs olunub 75 il həbs cəzası istəyiylə məhkəmə araşdırması başladığında, ilk etdiyi iş Nyu-Yorkun ən bahalı vəkillərini tutmaq olub. Saatı təxminən 350 min dollara işləyən vəkilləri ABŞ-ın məşhur nəşrləri "yuxu komandası" olaraq xarakterizə edib.

“Obama yalan danışır” WikiLeaks

21 Noyabr 2016 12:31

“Prezident Barak Obama Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudeni əfv edə bilməyəcəyi ilə bağı fikirlərini təsdiqləyərkən bir daha doğru danışmadığını nümayiş etdirir”. SİA xəbər verir ki, bu barədə “WikiLeaks”ın tvitter səhifəsində qeyd olunub.