Xalq artisti Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festival keçiriləcək

Görkəmli bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli, professor Ramiz Mustafayevin (1926-2008) anadan olmasının 90 ili tamam olur. Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələyib, 200-dən artıq xalq mahnısını xor üçün işləyib.

Görkəmli bəstəkar, Xalq artisti, "Şöhrət" ordenli, professor Ramiz Mustafayevin (1926-2008) anadan olmasının 90 ili tamam olur. Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romans bəstələyib, 200-dən artıq xalq mahnısını xor üçün işləyib. Azərbaycanda xor sənətinin bugünki inkişafı Ramiz Mustafayevin adı ilə bağlıdır. Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin xoruna rəhbərlik edən sənətkar 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 23-26 noyabr tarixində Ramiz Mustafayevin 90 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Festival çərçivəsində 23 noyabrda Azərbaycan Dövlət Mahnı Teatrında "Ötən illərin nəğmələri" mahnı gecəsi, 24 və 25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlərin keçirilməsi, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Vaqif" operasının premyerası nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31