Əli Devrimin anım mərasimi keçirilib
Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Əli Devrimin anım mərasimi keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, mərasimdə liseyin müəllim və şagird heyəti, valideynlər, mərhumun Anadolu Liseyində çalışan müəllim dostları və orada təhsil alan şagirdlərin valideynləri, həmçinin QHT və KİV təmsilçiləri iştirak ediblər. Mərasimdə öncə dualar oxunub, Quran ayələri dinlənilib. Sonra söz alan liseyin müdir yardımçısı Musa Ediz mərasimə qatılaraq Əli Devrimin xatirəsinə ehtiramlarını bildirən hər kəsə minnətdarlıq edib. Mərhum barədə xatirələrini də dilə gətirən Musa Ediz “Onunla zaman-zaman görüşürdük. Əli bəyin duruşu və baxışı insana sanki nələrsə anladırdı. Mən onun duruşundan,baxışından nə söyləmək istədiyini sezirdim. Biz belə anlaşırdıq”. Musa Edizin sözlərinə görə, mərhum Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu.
21 Noyabr 2016 13:05 SosialTürk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyində Əli Devrimin anım mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, mərasimdə liseyin müəllim və şagird heyəti, valideynlər, mərhumun Anadolu Liseyində çalışan müəllim dostları və orada təhsil alan şagirdlərin valideynləri, həmçinin QHT və KİV təmsilçiləri iştirak ediblər. Mərasimdə öncə dualar oxunub, Quran ayələri dinlənilib. Sonra söz alan liseyin müdir yardımçısı Musa Ediz mərasimə qatılaraq Əli Devrimin xatirəsinə ehtiramlarını bildirən hər kəsə minnətdarlıq edib. Mərhum barədə xatirələrini də dilə gətirən Musa Ediz "Onunla zaman-zaman görüşürdük. Əli bəyin duruşu və baxışı insana sanki nələrsə anladırdı. Mən onun duruşundan,baxışından nə söyləmək istədiyini sezirdim. Biz belə anlaşırdıq". Musa Edizin sözlərinə görə, mərhum Azərbaycanı o qədər çox sevirdi ki, hətta səhhətində yaranan problemləri belə arxa plana qoymuşdu.
Daha sonra Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədi Çingiz Bayramov, Bakı Atatürk Liseyinin müəllimi, mərhumun ailə dostu Vəfa Rəhimova, Bakı Anadolu Liseyinin müdir yardımçısı Sadiq Qafarov, Bakı Anadolu Liseyinin müəllimi Qəzənfər Muradov həmçinin şagirdlər və valideynlər mərhum haqqında xatirələrini bölüşüblər.
Məlumat üçün bildirək ki, Əli Devrim1960-cı ilin yanvar ayında İzmirin Aydın ilçəsində doğulub. Aydın Universitetindən məzun olandan sonra müəllimlik fəaliyyətinə başlayıb. O, 2005-ci ildən həyatını Azərbaycanla bağlayıb. 8 il Bakı Anadolu Liseyinin, 2013-cü ildən ömrünün sonua qədər isə Bakı Atatürk Liseyinin müdiri vəzifələrində çalışıb.