Gündəm

Siyavuş Novruzov: "Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir"

21 Noyabr 2016 12:30

"Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Partiyamız ötən 24 ildə çətin və şərəfli yol keçib. Hər bir cəmiyyətin, dövlətin, eləcə də, siyasi partiyanın gələcəyinin möhkəm təməllər üzərində qurulmasından çox asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyasının təməli möhkəm və əzəmətlidir. Gələcəyinin də əzəmətli olması üçün burada yüksək intellektli gəncliyin imkanlarından istifadə olunması da vacib şərtdir". Bu fikirləri Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, MM-in komitə sədri Siyavuş Novruzov deyib.

Uşaqların təhlükəli əşyalara meyli psixoloji pozuntunun göstəricisidir MÜTƏXƏSSİS RƏYİ

21 Noyabr 2016 12:27

Uşaq dünyaya gətirib, onu böyütmək çox çətindir. Kənardan bu asan görünsə də uşağı böyütmək yalnız qarnını doydurmaqla bitmir. Uşaqları qorumaq və onları təhlükədən uzaq tutmaq valideyn üçün əsas şərtlərdəndir. Amma nədənsə bu məsələdə uşaqlar valideynin əksinə gedərək təhlükəli əşyaralar, hadisələrə daha çox meylli olurlar ki, belə hallar, çox vaxt heç də yaxşı sonluqla bitmir. Bu cür hadisələr uşaqların sağlamlığına ziyan vurmaqla yanaşı, hətta ağır faciələrə, ölüm hallarına gətirib çıxara bilir. Belə olduqda valideyn övladını bu sadalananlardan qorumaq üçün onları addım-addım izləmək məcburiyyətində qalır.

Biz dəfələrlə Kremlin antierməni siyasətinin şahidlərinə çevrildik

21 Noyabr 2016 12:24

“Ermənistan hökuməti BMT-nin Baş Assambleyası çərçivəsində görünür, ölkəni beynəlxalq demokratiya və qarşılıqlı etimad məsələsi baxımından əbədi olaraq Zimbabvenin, Sudanın, Kambocanın, Belarusun səviyyəsində saxlamaq qərarındadır”. SİA xəbər verir ki, bu barədə “Ermənistanın informasiyalı vətəndaşları İttifaqı”nın rəsmisi Anna Pambuxçyan1.in.am saytına verdiyi şərhində qeyd edib. Pambuxçyan bildirir ki, Ermənistan Ukraynanın Krımda insan haqları ilə bağlı qətnamə layihəsini BMT-nin Üçüncü komitəsinə müzakirə üçün göndərilməsinin əleyhinə səs verib.

Hərbi ekspert: “Onları maraqlandıran gələcək işləri və rifahıdır” 

21 Noyabr 2016 12:20

“Cəbhə xəttində baş verən son hadisələr bir daha onu deməyə əsas verir ki, işğalçı ona verilən bütün göstərişləri canla-başla yerinə yetirməkdə davam edir. Bu başqa cür ola da bilməz. Axı, Ermənistan çox dəqiqliklə daxildən deyil, məhz kənardan idarə olunan və Qarabağla bağlı  beynəlxalq güclərin, xüsusən də ATƏT-in Minsk qrupu tərəfindən verilən göstərişləri yerinə yetirməyə məcburdur və belə hələ uzun müddət davam edə bilər. Lakin, düşünmürəm ki, Azərbaycan hakimiyyəti bu vəziyyətlə razılaşsın”. Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

İslam Abbasov: "Məqsədim bir nömrə olmaqdır"

21 Noyabr 2016 12:17

"Artıq gənclərdən ibarət yığma komandada deyil, əsas milli komandada çıxış edəcəyəm. Məqsədim isə 85 kq çəki dərəcəsində bir nömrə olmaqdır". Bunu SİA-ya açıqlamasında yunan-roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü İslam Abbasov deyib.

Əhməd Türk həbs edildi

21 Noyabr 2016 12:16

Sabiq Mardin Böyükşəhər Bələdiyyə başçısı Əhməd Türk polislər tərəfindən saxlanılıb.

Qatar qəzasında ölənlərin sayı 133 nəfərə çatdı

21 Noyabr 2016 12:15

Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb. Milli.Az bildirir ki, bu barədə report Hindistan KİV-inə istinadən xəbər verir.

İki dəfə Ay, iki dəfə də Günəş tutulacaq

21 Noyabr 2016 12:02

2017-ci ildə baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb. Olaylar.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, gələn il 2 Ay və 2 Günəş tutulması olacaq. İlk Ay tutulması fevralın 11 də baş verəcək. Saat 02:34-də başlayacaq, Ay tutulması saat 04:43-də maksimumda olacaq, saat 06:51 başa çatacaq. Avqustun 7-də isə ikinci Ay tutulması gözlənilir. Proses saat 21:23-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq.

Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi

21 Noyabr 2016 12:01

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğluBerron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.

XİN: "Kimsə zəmanət verə bilməz ki, Tramp Rusiya üçün "uyğun" prezidentdir"

21 Noyabr 2016 11:59

Moskva və Vaşinqton terrorçuluğa qarşı mübarizə sahəsində etibarın bərpa olunması üçün ciddi addımlar atmalıdır. Bununla belə, ABŞ prezidenti seçilmiş Donald Trampın Rusiya üçün bu sahədə "uyğun" prezident olması üçün təminat yoxdur. Olaylar.az Trend-ə istinadən bildirir ki, bu sözləri RİA Novosti agentliyinə Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr üzrə departamentin direktoru İlya Roqaçyov deyib.

Qanunsuz idman mərc oyunları təşkil edənlərə qarşı cinayət işi açıldı

21 Noyabr 2016 11:58

Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, 13 saylı evin yaxınlığında fərdi sahibkar İsmayılov Elyar İsrail oğluna məxsus obyektdə qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkar edib. Nazirlikdən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 192-1.3.2 maddəsi ilə başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, E.İsmayılov “Bədən tərbiyəsi və idman haqqında” qanunun və Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması və idman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları” haqqında Qərarının müvafiq maddələrinin tələblərini pozmaqla, 2015-ci ilin sentyabr ayından 2016-cı ilin noyabr ayınadək idman mərc oyunlarının təşkili nəticəsində 168 min manat, yəni külli miqdarda gəlir əldə edib. Nəzarət tədbiri zamanı vergi xidməti əməkdaşlarının qanuni fəaliyyətinə mane olmağa cəhd göstərilib.

İstedadlı gənclərlə görüşlər keçirilir 

21 Noyabr 2016 11:55

M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihənin davamı olaraq qəsəbə gənci Həşim Həşimovun evində görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlkumata görə, görüşdə bələdiyyə sədri Hümbət Hüseynov, 143 saylı məktəbin direktoru Elmar Həşimov və bələdiyyə üzvləri iştirak edib. Hümbət Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətində gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlərdən danışıb.

Çində Qafqaz və Mərkəzi Asiya stabillik və inkişaf mövzusunda konfrans keçiriləcək

21 Noyabr 2016 11:54

Noyabrın 23-29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin təhlili şöbəsinin elmi-işçisi Azad Qəribov Çinə səfər edəcək. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd "Bir kəmər və bir yol" Şanxay Forumu çərçivəsində "Bir kəmər və bir yol" təşəbbüsü və Qafqaz və Mərkəzi Asiya stabillik və inkişaf" mövzusunda konfransında iştirak və çıxış etməkdir. Daha sonra səfər çərçivəsində 26-29 noyabr 2016-cı il tarixlərində Pekində Çinin Sosial Elmlər Akademiyasında müzakirələr və görüşlər nəzərdə tutulub.

Külli miqdarda aksiz markasız siqaret aşkar edilib 

21 Noyabr 2016 11:50

Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub.

5 rayonda müəllimlərin imtahanı başlayıb

21 Noyabr 2016 11:48

Bu gündən ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır. İlk qiymətləndirmə Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının müəllimləri üçün keçiriləcək.Noyabrın 23-də yekunlaşacaq qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.