Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğluBerron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğluBerron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək.

Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.

O, həyat yoldaşının oğlu Berronun təhsili başa çatdıqdan sonra Ağ Evə köçəcəyini qeyd edib. 

Hazırda Tramp ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayır. 

Qeyd edək ki, ABŞ prezidenti seçilən Donald Trampın andiçmə mərasimi gələn il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31