İslam Abbasov: "Məqsədim bir nömrə olmaqdır"

"Artıq gənclərdən ibarət yığma komandada deyil, əsas milli komandada çıxış edəcəyəm. Məqsədim isə 85 kq çəki dərəcəsində bir nömrə olmaqdır". Bunu SİA-ya açıqlamasında yunan-roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü İslam Abbasov deyib.

O qeyd edib ki, milli komadada möhkəmlənmək üçün daha çox çalışmalıdır: "Hazırlığımın yüksək səviyyədə olması üçün əlimdən gələni edirəm. Məşqçilərin  tapşırıqlarını bütün gücümlə yerinə yetirirəm. Mən gənclər yığmasında olanda da müxtəlif vaxtlarda böyüklərdən ibarət milli komadada çıxış edirdim. Ona görə, əsas milli komandanın məşqləri mənim üçün çətin olmadı. Gələn il keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatlarında çıxış edəcək  heyətə düşməyə çalışacağam. Hazırda Bakıda keçiriləcək Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə hazırlaşıram. Yarışda yüksək nəticələr qazanmağa çalışacağam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31