İstedadlı gənclərlə görüşlər keçirilir 

M.Ə.Rəsulzadə bələdiyyəsi “ictimai-humanitar” sektorun təşkilatçılığı ilə “Gənc istedadlarımızı tanıyaq” adlı layihənin davamı olaraq qəsəbə gənci Həşim Həşimovun evində görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlkumata görə, görüşdə bələdiyyə sədri Hümbət Hüseynov, 143 saylı məktəbin direktoru Elmar Həşimov və bələdiyyə üzvləri iştirak edib. Hümbət Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətində gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlərdən danışıb.

M.Ə.Rəsulzadə bələdiyyəsi "ictimai-humanitar" sektorun təşkilatçılığı ilə "Gənc istedadlarımızı tanıyaq" adlı layihənin davamı olaraq qəsəbə gənci Həşim Həşimovun evində görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlkumata görə, görüşdə bələdiyyə sədri Hümbət Hüseynov, 143 saylı məktəbin direktoru Elmar Həşimov və bələdiyyə üzvləri iştirak edib. Hümbət Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətində gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlərdən danışıb. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. İstedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması bu siyasətin tərkib hissəsidir. Görüşdən məmnunluğunu ifadə edən ailə başçısı gənclərə göstərilən diqqətə görə öz təşəkkürünü bildirdi. İstedadlı gəncin ifasında əsərlər dinlənilib. Qeyd edək ki, Həşim Həşimov bir çox diplom və mükafatlarla təltif olunub. O, Gənc İstedadlar Mərkəzinin üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31