5 rayonda müəllimlərin imtahanı başlayıb

Bu gündən ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır. İlk qiymətləndirmə Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının müəllimləri üçün keçiriləcək.Noyabrın 23-də yekunlaşacaq qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.

Bu gündən ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır. İlk qiymətləndirmə Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının müəllimləri üçün keçiriləcək.Noyabrın 23-də yekunlaşacaq qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur. Növbəti qiymətləndirmələr noyabrın 27-28-də Şamaxıda Qobustan, İsmayıllı, Şamaxı rayonları, dekabrın 2-4-də Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları, dekabrın 8-10-da Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları, dekabrın 14-15-də Biləsuvar, Salyan və Neftçala rayonları, dekabrın 19-24-də Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə keçiriləcək. Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər. 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31