“Azəravtoyol” yaşıllaşdırma aksiyası keçirib

“Azəravtoyol” ASC-nin kollektivi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-lik ərazisinin mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Cəmiyyətin sədri Saleh Məmmədov və qurumun digər rəhbər şəxsləri də yaxından iştirak ediblər. Cəmiyyətin 100 nəfərdən artıq işçisinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı 250 min m2 ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 10 min ədəd eldar şamı və sərv ağacları əkilib. Əkilən ağaclar Cəmiyyətin 1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin tinglik sahələrində yetişdirilib.

"Azəravtoyol" ASC-nin kollektivi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 35-40-cı km-lik ərazisinin mühafizə zolağında ağacəkmə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyada Cəmiyyətin sədri Saleh Məmmədov və qurumun digər rəhbər şəxsləri də yaxından iştirak ediblər. Cəmiyyətin 100 nəfərdən artıq işçisinin və 10 ədəd maşın mexanizmin cəlb edildiyi tədbir zamanı 250 min m2 ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb. Aksiya zamanı 10 min ədəd eldar şamı və sərv ağacları əkilib. Əkilən ağaclar Cəmiyyətin 1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin tinglik sahələrində yetişdirilib.

Qeyd edək ki, yaşıllaşdırma tədbirləri respublikanın digər avtomobil yollarında da davam etdirilir. Belə ki, bu ilin payız əkin mövsümündə Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala və Bakı-Ələt-Astara avtomobil yollarının mühafizə zolaqlarına 35 min ədəd ədəd eldar şamı, iydə, ağcaqayın, aksiya, sərv digər müxtəlif növ ağac əkilib. Mövsümün sonuna kimi əlavə olaraq daha 25 min ədəd ağacın əkilməsi nəzərdə tutulub. Ümumilikdə isə cari ilin əvvəlindən "Azəravtoyol" ASC tərəfindən respublikanın avtomobil yollarının mühafizə zolağında 138 min ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31