İlham Əliyevin Ankaraya dəstəyini türk-islam dünyası Qarabağ üçün göstərsə...

Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya verdiyi dəstəyi türk-islam dünyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərsə, bu işğal davam etməz.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki, Ankaranın bu məsələyə münasibətini digər ölkələr də göstərməlidir.

Baş müşavirin sözlərinə görə, türk-islam dünyası ölkələri güclənmələri üçün yollar axtarmalı, bir-birinə dəstək verməlidir.

Y.Topçu bildirib ki, bütün qardaş ölkələr Azərbaycan və Türkiyə arasındakı dostluq və həmrəylikdən nümunə götürməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31