“Hər bir kişi öz qadınının və ailəsinin qoruyucusu olmalıdır”
“Qadınlara qarşı zorakılığa yox deyək" kampaniyasına start verilib Noyabrın 21-də Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış konfransı öz işinə başlatyıb. Konfrans Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT-nin əhali Fondu, BMT-nin inkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ Dövlət Departamentinin Narkotikər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə bürosunun və Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
21 Noyabr 2016 13:45 Sosial"Qadınlara qarşı zorakılığa yox deyək" kampaniyasına start verilib
Noyabrın 21-də Bakıda "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasının açılış konfransı öz işinə başlatyıb. Konfrans Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, BMT-nin əhali Fondu, BMT-nin inkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ABŞ Dövlət Departamentinin Narkotikər və hüquq mühafizəyə dair beynəlxalq məsələlər üzrə bürosunun və Avropa ittifaqının Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Konfransda dövlət qurumları beynəlxalq və nyerli təşkilatlar media və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edir. Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, Azərbaycan " Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına qoşulub. Bu səbədən artıq bir neçə gün bundan qabaq böyük bir layihəyə start verilib. Komitə sədri bildirib ki, həmin layihəyə uyğun olaraq qadına qarşı zorakılıq hallarının azalması üçün yardım mərkəzlərinin yaradılması gündəlikdədir: "O da təbiidir. Ona görə ki bu gün Azərbaycanda qadın uşaq siyasəti çox güclü təşkil olunub. Bu məsələlərlə bağlı ölkə prezidenti və birinci xanım tərəfindən çox böyük dəstəyi və köməyi hiss etmişik. Bu problem bütün dünyada var". Hicran Hüseynova qeyd edib ki, hər hansı bir ölkədə bu problem tam həll oluna bilməyib: "Azərbaycanda bu problemlərin həlli istiqamətində işlər görür. Biz çox istəyərdik ki, bu işdə dövlət orqanları ilə bərabər QHT-lər də çox fəallıq göstərsinlər. Biz istəyərdik ki, elm sahəsində çalışan insanlar da bu istiqamətdə araşdırmalar aparsınlar. Maraqlı işlər və məqalələr yazsınlar. Onlar populist formada yox, ciddi formada olsun. Bizim üçün də bu araşdırmalar çox vacibdir. Jurnalistlər isə bu kimi zorakılığa məruz qalan insanlar haqqında məlumatı çox ehtiyatla verməlidir. Çünki o da Azərbaycan vətəndaşıdır. Biz bilməliyik ki, həmin insanlar sonra da bu cəmiyyətdə yaşamalıdır". Komitə sədri əlavə edib ki, Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində minlərlə Azərbaycan qadını ağlasığmaz təhqirlərə, zorakılığa məruz qalıb". O, bildirib ki, erməni girovluğunda olan, itkin düşən azərbaycanlı qadınların taleyindən heç bir xəbər yoxdur: "Bu, zorakılığın ən qəddar nümunəsidir ki, bizim xalqımız bunu yaşayıb. Biz inanırıq ki, gələcəkdə həmin qadınların taleyindən xəbərimiz olacaq". Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, qadınlara qarşı zorakılığı müxtəlif məsələlərlə bağlamaq cəhdləri var. Bunu ayrı-ayrı xalqların adət ənənələrinə, yaxud da dinə bağlamaq istəyirlər. O, bildirib ki, qadınlara qarşı üç istiqamətdə zorakılıq halları mövcuddur: Cinsi, ailədaxili və psixoloji zorakılıq: "BMT-nin qəbul etdiyi sənədlərdə qadınların təhsilinə, iqtisadi inkişafının yaxşılaşdırılmasına önəm verilir. Bu gün Yaponiyada qadınlara qarşı zorakılıq 15 faizdirsə, bu Efiopiyada 75 faiz ətrafındadır. Buna təsir edən əsas amil iqtisadi inkişafdır". M.Qurbanlı qeyd edib ki, bütün səmavi dinlər və onların müqəddəs kitablarında qadın ilahi səviyyəyə yüksəldilir: "Bu dinlərin hər birində qadınlara çox böyük hörmət bəslənilir. İslam tolerant din olaraq qadınlara qarşı zorakılığın bütün hallarını pisləyir. İslam dinində qeyd edilir ki, cənnət anaların ayaqları altındadır. Eyni zamanda qadınlar Allahın əmanəti adlandırılır. İslamda təhsil, xüsusilə də qızların təhsili mühüm yer tutur. Məhəmməd peyğəmbər bildirirdi ki, təhsil üçün Çinə qədər gedin. Beşikdən qəbirə qədər elm öyrənin." O, diqqətə çatdırıb ki, biz analarımıza, bacılarımıza daim diqqət və hörmət göstərən xalq olmuşuq: "Ermənilər Xocalıda azərbaycanlılara qarşı min bir faciə törədiblər. Lakin Azərbaycan əsgərləri əsir götürdükləri erməni qadınlarına qarşı heç bir zorakılıq etməyiblər, onları geri qaytarıblar. Çünki bu, bizim tərbiyəmizdə var". "Qadınlara qarşı zorakılığa yox deyək" mübarizə kampaniyasına həsr olunmuş konfransda çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova deyib ki, bu günə qədər Azərbaycan Parlamenti daim bu səpkili tədbirlərdə iştirak edir. O, bu sahədə hələ də bir çox işlərin görülməsinə ehtiyac olduğunu bildirib: "Zorakılıq olmayan bir cəmiyyət hamımızın səyi nəticəsində mümkün ola bilər. Ailə cəmiyyətin və dövlətin əsasıdır. Hər bir qadın öz ailəsinin qoruyucusu olmalıdır, hər bir kişi də öz qadınının və ailəsinin qoruyucusu olmalıdır. Qızlarımızı və oğullarımızı düzgün tərbiyə etməliyik. Hər kəs öz rolunu yerinə yetirərsə, o zaman hər şey yerində olacaq".
Alim