Gündəm

“Azneft” İstehsalat Birliyinin qaz-kompressor təsərrüfatı yenilənir

22 Noyabr 2016 13:08

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz - kompressor təsərrüfatının təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirlər uğurla davam etdirilir.

“Qatil” bədii filmi Tbilisi Beynəlxalq Film Festivalına dəvət alıb

22 Noyabr 2016 13:07

Xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, festival 28 noyabr-4 dekabr tarixlərində Tbilisidə keçiriləcək. Filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.

Sahilboyu yeni avtomobil yolu inşa edilir 

22 Noyabr 2016 13:04

Azəravtoyol” ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Sözügedən sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərdə çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirilərək yeni yol yatağı inşa olunur, yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.

Tramp yüz günlük planlarını açıqladı - VİDEO

22 Noyabr 2016 13:01

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın islahatlar planının açıqlandığı videomüraciəti yayılıb. Publika.az xəbər verir ki, videomüraciətdə dövlət başçısı postunda ilk yüz, hətta “ilk gündə” həyata keçiriləcək planlar yer alıb.

MTRŞ qızların davasına görə XƏBƏRDARLIQ ETDİ - VİDEO

22 Noyabr 2016 12:58

ARB telekanalının efirində yayımlanan “Ferma” realiti şousunda böyük qalmaqal yaşanıb. Proqramın ötən gün yayımlanan bölümündə iştirakçılar Firəngiz İsgəndərova ilə Mələk Babayeva arasında dava olub. Onlar əvvəlcə mübahisə etsələr də, proses sonradan əlbəyaxa davaya çevrilib.

Türkiyədən böyük  əməliyyat – “Şah Mat”

22 Noyabr 2016 12:53

2015-ci ilin əvvəlində “Şah Fərat” əməliyyatı ilə köçürülən Süleyman Şah Türbəsi “Şah Mat” əməliyyatı ilə yenidən inşa ediləcək.

Flora Kərimovanın üçmərtəbəli bağ evi- VİDEO

22 Noyabr 2016 12:49

Efirdə yayımlanan “Evgördü” verilişi xalq artisti Flora Kərimovanın Fatmayi kəndində yerləşən bağ evində qonaq olub. 

Ermənistan müxalifəti birləşmək məsələsini müzakirə edir- KİV

22 Noyabr 2016 12:48

Ermənistan müxalifəti gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində birləşməklə bağlı məsələni fəal müzakirə edir. SİA-nın məlumatına görə, bu barədə “Joxovurd” nəşri yazıb. Nəşrin məlumatına görə, müxalifət bir neçə variantı nəzərdən keçirir: “Bunlardan biri də  alyansın yaradılmasıdır. Bir sıra müxalifət partiyalarının alyansa qoşulacağı istisna edilmir”.

“OPEC-in toplantısında yeni kvotaların razılaşdırılması mümkündür”

22 Noyabr 2016 12:46

“Noyabrın 30-da Vyanada keçiriləcək OPEC toplantısında iştirakçı dövlətlərin neft hasilatının azaldılması ilə bağlı yeni kvotaları razılaşdırıb böləcəyi gözləniləndir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.

ŞOK etiraf: "Ərim serialdakı ədəbsiz səhnələrimə baxa bilmir"

22 Noyabr 2016 12:45

"Ümitsiz evdar qadınlar" (Desperate Housewives) serialından sonra daha da məşhurlaşan aktrisa Eva Longaria verilişlərin birində səmimi söhbətləri ilə yadda qalıb. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa həyat yoldaşı, iş adamı Jose Bostonun onun açıq-saçıq səhnələrinə baxa bilməməsindən danışıb.

XƏBƏRDARLIQ: yollar buz bağlayacaq

22 Noyabr 2016 12:42

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

İstanbulda güclü yanğın başlayıb - YENİLƏNİB

22 Noyabr 2016 12:42

İstanbulun Bayrampaşa rayonunda plastik məhsullar istehsal edən zavodda güclü yanğın baş verib.

Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir

22 Noyabr 2016 12:41

“Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.

Metropolitendə təhlükəsizlik təlimləri keçirilir 

22 Noyabr 2016 12:39

Noyabrın 21-dən 25-dək “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzində müəssisənin rəhbər heyəti və müvafiq xidmətlərin məsul əməkdaşları üçün “Bakı Metropolitenində təhlükəsizlik, qəzalara hazırlıq, dayanıqlıq və cavab tədbirləri” mövzusunda təlimlər keçirilir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, təlimlərin təşkil olunmasında məqsəd terrorizm, təxribat və digər bu kimi hallarda təhlükəsizlik qaydalarının tətbiqi və onun fəsadlarının aradan qaldırılması, həmçinin bu istiqamətdə beynəlxalq təcrübələrdən yararlanmaqdır.

Daxili və xarici siyasət kursu milli maraqların qorunmasına xidmət edir

22 Noyabr 2016 12:38

“Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Sahibə Qafarova səsləndirib