Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir

“Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib.

"Son illərdə Azərbaycanda ardıcıllıqla həyata keçirilən çoxşaxəli sosial siyasət həmçinin sosial təyinatlı infrastruktur layihələrinin reallaşdırılmasında öz əksini tapır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova səsləndirib. O, bildirib ki, ölkənin sosial inkişafından danışarkən məktəblərin, səhiyyə oçaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan sosial təyinatlı obyektlərin inşasını vurğulamaq lazımdır: "Dövlət əhalinin həyat təminatı ilə bağlı sahələrdə bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması təqdirəlayiqdir. Güclü müasir infrastrukturun yaradılması təhsil sahəsində uğurların əsasını təşkil edir. Eləcə də, səhiyyə sahəsində də xeyli sayda obyektlər tikilib istifadəyə verilir. Bütün bunlar dövloətin sosial sahənin inkişafına verdiyi önəmin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31