Sahilboyu yeni avtomobil yolu inşa edilir 

Azəravtoyol” ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Sözügedən sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərdə çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirilərək yeni yol yatağı inşa olunur, yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.

Azəravtoyol" ASC tərəfindən Abşeron yarımadasının şimal hissəsində, sahil boyu 12.7 km uzunluğunda yeni avtomobil yolunun inşasına start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, yeni avtomobil yolu Novxanı və Pirşağı qəsəbələrini birləşdirəcək. Sözügedən sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərdə çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirilərək yeni yol yatağı inşa olunur, yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür. Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə bərkidici zolaqların eni 0.75 metrdir. Avtomobil yolunun kənarı ilə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1.5 metr enində piyada səkilərinin də tikintisi aparılacaq.

Hazırda yolda torpaq işləri həyata keçirilir, yol yatağının inşası işləri aparılır. Daha sonra yol əsasının tikintisi və buna paralel olaraq asfaltlanma işləri aparılacaq. Ümumilikdə 115 min m2əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi, 50 min paqon-metr səki daşının düzülməsi nəzərdə tutulub. Tikinti işləri bitdikdən sonra zəruri olan yerlərə yol nişanları quraşdırılacaq, yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31