Gündəm
Xuraman Vəfa səriştəsiz həkimlərdən danışdı
“Vəfa” jurnalının təsisçisi və baş redaktoru, publisist-şairə Xuraman Vəfa “Olaylar”az-a həkim səriştəsizliyindən danışıb. Onun sözlərinə görə, şairə özü də bir neçə dəfə bu problemlə qarşılaşıb : “Tibbin dünyada inkişaf etdiyi bir dövrdə həkim səriştəsizliyi, yalnış diaqnoz, labarotoriya testlərinin səhv nəticələri, təcili yardım servislərinin yetərsizliyi, doğuş zamanı dünyasını dəyişən analar, körpələrin ölümü təəccüb doğurmaya bilmir. Bu gün xəstəxanaların əksəriyyətində müasir texnologiyaya cavab verən tibbi avadanlıqlar var. Amma bu avadanlıqlardan çox az mütəxəssislər istifadə edə bilir. Bir analiz vermək üçün 3-4 xəstəxanaya müraciət etməli olursan. Hər xəstəxana analizin cavabını fərqli verir. Unudurlar ki, burada söhbət insan həyatından, can sağlığından gedir”.
Estoniya və Azərbaycan gömrük xidmətləri arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub
Noyabrın 22-də Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Estoniya Vergi və Gömrük İdarəsinin baş direktoru Marek Helm arasında görüş keçirilib.
Kəpəzdə anbar yanıb
Gəncədə anbarda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 400 m² olan yem anbarının dam örtüyünün yanar konstruksiyaları 16 m² sahədə, ona bitişik ümumi sahəsi 12 m² köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Nəsimi rayonunda Ədliyyə İşçiləri günü qeyd edilib
22 noyabr Ədliyyə işçiləri günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Qeydiyyat şöbəsi ilə birlikdə Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tədbir keçirmiş və buradakı uşaqlara doğum haqqında şəhadətnamələr təqdim edilib. Nəsimi rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, rayon ərazisində yerləşən Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evi 2015-ci ildə Heydər Əliyev Fondunun tərəfindən əsaslı təmir olunmuş, burada yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların yaşaması üçün hər cür şərait yaradılmışdır. Hal hazırda bu körpələr evində valideyn himayəsindən məhrum olmuş 56 nəfər uşaq yaşayır.
İstehsalatda 231 bədbəxt hadisə baş verib
2016-cı ilin ötən dövrü ərzində Azərbaycanda istehsalatda 231 bədbəxt hadisə baş verib. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin sözlərinə görə, baş vermiş bədbəxt hadisələr nəticəsində 76 nəfər ölüb. S.Mehbalıyev bildirib ki, ölüm hadisələri əsasən tikinti sahəsində baş verib.
Vergi borcuna görə daha 29 şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulub
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı artıb. Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.
Deputatlardan internet TV-lər barədə SƏRT TƏKLİF
Azərbaycanda internetdə saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atanlar, təhqir edənlər cərimələnəcək və ya azadlıqdan məhrum ediləcəklər.
Ata 3 ay qızını zorlayan oğlanı güllələdi
Türkiyədə cinayət faktı qeydə alınıb. Milli.Az "Haberler"ə istinadla bildirir ki, Düzcedə 46 yaşlı Metin C. qızını evdən qaçırmaq istəyən 18 yaşlı Hazar Uyarı ov tüfəngi ilə öldürüb.
Özəlləşdirilən obyektlərin borclarıni kim ödəyəcək?
"Biz hökumət qarşısında özəlləşdirilən obyektlərin borc problemlərinin, onlarda sosial ödəmələrin problemləri ilə bağlı məsələlər qaldırmışıq".
Ermənistana gedən azərbaycanlı stilist: "İnsansınız, qoyun sürüsü deyilsiniz"
Əslən azərbaycanlı stilist Nazilə Mehdiyevanın erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak etməsi böyük səs-küy yaradıb.
Cəhənnəmdə silahlanma yarışı və "qır qazanı"na yağ tökən...
Ballistik raketlər, döyüş vertolyotları, reaktiv yaylım atəşi sistemləri, hətta nüvə materiallarının qaçaqmalçılığı... Olaylar.az virtualaz-a istinadən xəbər verir ki, ABŞ-ın "The National İnterest" dərgisində yer alan məqalədə deyilir ki, bütün bunlar apreldə irimiqyaslı müharibə həddinə gəlib çıxmış Qarabağ münaqişəsinə görə münaqişədə olan Azərbaycanla Ermənistan arasında gedən ifrat silahlanma yarışının təzahürləridir. ABŞ-ın Corctaun Universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastian Roblin tərəfindən qələmə alınmış məqalədə göstərilir ki, təxminən Konnektikut və Nyu-Cersi ştatları böyüklüyündə olan bu iki ölkə arasında hökm sürən cəhənnəm alovuna yağ əlavə edən də var: Moskva hər iki tərəfə böyük miqdarda müasir silahlar verir.
18 yaşdan aşağı olan 700 milyon qız...
Dünyada 700 milyondan çox qız 18 yaşı tamam olmamış ərə verilir. Olaylar.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondu (UNİCEF) məlumat yayıb.
10000 ildən sonra insansız həyat - VİDEO
Avstriya alimləri təəccübləndirdi...
Gözəllik və əbədi cavanlıq resepti tapıldı! Sevgi bütün yaraları sağaldan ən effektli məlhəmdir. Sevgi sağlamlığın rəhnidir, o, sizin cavan qalmanıza kömək edəcək!
Bu yazı övladınızı ölümdən qoruyacaq - Ən vacib bilgilər
Körpə uşaqlar üçün ideal qida ana südüdür. Lakin ana südü ilə tam təmin olunmayan uşaqların əlavə qidalandırılmasına zərurət yaranır. Süd müxtəlif şirkətlər tərəfindən istehsal edilən uşaq yeməkləri ilə əvəzlənir. Son illərdə Azərbaycan uşaqların 80 faizinin qida təminatı əsasən xaricdən gətirilən uşaq yeməkləri ilə ödənilir. Təkcə 2015-ci ildə 2 857,5 ton uşaq qidası idxal edilib. Bu, əvvəlki ildəkindən 5,3% çoxdur. Gömrük Komitəsinin məlumatlarına əsasən, idxalçıların rəsmi xərcləri 22 milyon dollar olub.














