İstehsalatda 231 bədbəxt hadisə baş verib

2016-cı ilin ötən dövrü ərzində Azərbaycanda istehsalatda 231 bədbəxt hadisə baş verib. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin sözlərinə görə, baş vermiş bədbəxt hadisələr nəticəsində 76 nəfər ölüb. S.Mehbalıyev bildirib ki, ölüm hadisələri əsasən tikinti sahəsində baş verib.

2016-cı ilin ötən dövrü ərzində Azərbaycanda istehsalatda 231 bədbəxt hadisə baş verib. Bunu deyən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyevin sözlərinə görə, baş vermiş bədbəxt hadisələr nəticəsində 76 nəfər ölüb. S.Mehbalıyev bildirib ki, ölüm hadisələri əsasən tikinti sahəsində baş verib. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqları fəaliyyət göstərdiyi sahələrdə işçilərə təhlükəsiz əmək şəraitinin yaradılmasına çalışır: "Əsas məqsəd odur ki, işçilərə vaxtında təhlükəsizliklə bağlı təlimatlar keçirilsin, vətəndaş işə götürüldükdə onların təhlükəsizliklə bağlı bilikləri artırılsın". O, əlavə edib ki, işçilər özləri də diqqətli olmalı, sağlamlıqlarını və təhlükəsizliklərini qorumalı və işdə olarkən təhükəsizlik vasitələrindən düzgün istifadə etməlidirlər. AHİK sədri əlavə edib ki, dünya üzrə istehsalatda baş verən hadisələr nəticəsində ölənlərin sayı münaqişə və müharibələrdə ölənlərin sayından dəfələrlə çoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31