Gündəm
82 yaşlı qadın evində yanaraq ölüb
Qubada 82 yaşlı qadın evində yanaraq ölüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 21-də saat 18 radələrində Quba şəhərində yaşayan 82 yaşlı Gövhər Əliyevanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra G.Əliyevanın yanmış meyiti tapılıb. Araşdırma aparılır.
Rusiyadan qaçan Azərbaycanda saxlanıb
Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Nəcməddin İsayev, 131-ci maddəsi (zorlama) ilə axtarışda olan Cabir Yusifalıyev tutulub.
Nardaran sakinindən tapança götürülüb
Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yaşayan şəxsin evindən silah-sursat aşkarlanıb.”Olaylar” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Saleh Dadaşovun evinə baxış zamanı “Mauzer” markalı tapança və 12 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Nyu-Yorkun "Tayms" meydanında terror planlaşdıran İŞİD tərəfdarı həbs olunub
Nyu-Yorkda İŞİD-ə qoşulmağı planlaşdıran və "Tayms" meydanında terror aktı törətməyi planlaşdıran şəhər sakini həbs olunub.
Nazirin keçmiş məsəhətçisi: "6-7 kiloqram qızılımızdan 300-400 qram qalmışdı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Gürcüstanın Baş Qərargah rəisi dəyişdi
Gürcüstan Silahlı Qüvvələrin Baş Qərargahının rəisi təyin edilib. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, Georgi Merqvelaşvilinin sərəncamı ilə briqada generalı Vladimir Çaçibaya bu vəzifəyə təyin olunub.
Coğrafiya İnstitutu: "Son günlərin havası..."
"Azərbaycanda hazırda müşahidə edilən hava şəraiti tam olaraq, noyabrın son dövrü üçün səciyyəvidir". Olaylar.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Ərdoğan: "Gülən Klintona maliyyə yardımı edib"
"Fətullah Gülənin rəhbərlik etdiyi terror təşkilatı ABŞ-da keçirilən prezident seçkilərində demokratların namizədi olan Hillari Klintona seçki kampaniyasının təşkili üçün maliyyə yardımı göstərib".
İstəməyən əsgərliyə getməyəcək
Türkiyə Nazirlər Kabineti "Hərbi xidmət haqqında" qanuna dəyişiklik edib. Olaylar.az Trend-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, 15 iyulda dövlət çevrilişinə cəhd zamanı həlak olanların uşaqları və qardaşları özləri istəməyəcəyi təqdirdə, hərbi xidmətə çağırılmayacaqlar.
İran prezidentinin Ermənistan səfəri: Ruhani İrəvanda Azərbaycanı dəstəkləyəcək?
Bu həftə İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri planlaşdırılır. Ermənistan saytlarını izlədikdə bu nəticəyə gəlirəm ki, İrəvan əlindən gələn hər şeyi edəcək ki, səfər uğurlu keçsin, müxtəlif sazişlər imzalansın.
Saxta profillərlə bağlı AÇIQLAMA
Ötən həftə baş prokuror Zakir Qaralovun Milli Məclisə göndərdiyi sosial şəbəkələrdə saxta profillərlə böhtan və təhqirə yol verən istifadəçilərlə bağlı təklifi gündəmdən düşmür. Xüsusilə, diqqətçəkən məqam təkliflərin hələ də mahiyyətinin ictimaiyyətə tam açıqlanmamasıdır. Bu da müzakirələrin getdikcə artmasına səbəb olur.
Aptekdə terrorçuların görüş yeri tapıldı
FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan əczaçı Denizhan Akaltunun aptekinin FETÖ üzvləri üçün əsas görüş yerlərindən biri olduğu məlum olub.
Yollar buz bağladı, 56 maşın əzildi, 17 nəfər öldü - FOTO
Çinin paytaxtı Pekinin Kunmin magistral yolunda zəncirvari qəza baş verib. Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, Çində yolların buz bağlaması dəhşətli qəzaya səbəb olub. Qəza nəticəsində 56 maşın toqquşub, 17 nəfər ölüb, 37 nəfər yaralanıb.
Amerikadan xəbərdarlıq
Amerika Xarici İşlər nazirliyi Avropada terror hadisələrinə qarşı vətəndaşlarına xəbərdarlıq edib. “Avropaya səyahət xəbərdarlığı” başlığı ilə nazirlik vətəndaşlarına yeni il öncəsi səyahət ediləcək ölkələri seçərkən diqqətli olmağı məsləhət görürlər. Əl – Qaidə, İŞİD və digər terror qruplaşmalarının insanların sıx olduğu yerlərdə canlı bombalardan istifadə etdiklərini açıqlayıblar. Hər ehtimaldan festifallarda, açıq bazarlarda, restoranlarda, ictimai nəqliyyatda, turistik məkanlarda və ibadət yerlərində ehtiyatlı olmağı məsləhət görüblər. Bu xəbərdarlıq 2017 –ci ilin 20 fevralına kimi qüvvədə qalacağını bildiriblər.
Hemofiliyalı xəstələrin stomatoloji problemlərinə dair maarifləndirici tədbir keçirilib
Azərbaycanda ilk dəfə olaraq Şimal regionunda Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası tərəfindən hemofiliyalı xəstələrin stomatoloji problemlərini aşkar olunması və aradan qaldırılması üçün 2016–cı ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Maarifləndirmə və profilaktik təbirlərlə hemofiliyalı xəstələr üçün stomatoloji xidmətin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində Quba rayonunda maarifləndirici tədbirlərə start verilib.














