Gündəm
65 ilin aviaşirkəti müflis oldu
Tayvanın 3-cü böyük aviaşirkəti olan "TransAsia Airways" maddi çətinliklər ucbatından bağlanacağını açıqlayıb.
45 jurnalist işdən qovuldu - ikisi məşhur aparıcıdır
Türkiyənin TRT kanalının 45 işçisi vəzifəsindən uzaqlaşdırılıb. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinirlər.
Dünyada xarici investisiyalar uğrunda ciddi mübarizə gedir
Dünyada yaşanan iqtisadi və maliyyə böhranı bir çox ölkələr kimi Azərbaycandan da yan keçmədi. Düzdür, böhran Azərbaycana əvvəlcədən görülmüş, eləcə də ondan sonra həyata keçirilən antiböhran tədbirləri səbəbindən minimum dərəcədə təsir göstərsə də, lakin digər ölkələrlə müqayisədə hazırda Azərbaycanın vəziyyəti bir qədər normaldır. Amma, bütün bunlara baxmayaraq növbəti ilin dövlət büdcəsində, ölkəyə qoyulan sərmayələrin azlığında bəzi mənfi nüansları sezmək mümkündür. Belə bir situasiyada isə investisiya qoyuluşunda da azalma müşahidə edilir.
Erməni yalanlarını ifşa edən daha bir kitab çap edilib
Professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifidir” kitabı işıq üzü görüb.
Cavid Qurbanov Rumıniya səfiri ilə görüşüb
Noyabrın 22-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dəmir yolunda son illər ərzində görülən işlər, Azərbaycanın tranzit imkanları, ölkəmizin nəqliyyat qurumlarının “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə söhbət açıb. İkitərəfli görüşdə “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı və “Azərbaycan Dəmir Yolları” QSC-nin bu sahədə fəaliyyəti, Rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunub. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyindən danışıb.
AzTU-da Nə? Harada? Nə zaman? intellektual oyunu keçirilib
Azərbaycan Texniki Universiteti (AzTU) #Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda 11 komanda iştirak edib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, 3 turdan və ümümlikdə 36 sualdan ibarət olan yarışda “Sabah-2” komandası 23 xalla 1 ci yer, “Metallurgiya” 20 xalla 2 ci yer, “Sabah-3” və “Xüsusi texnika və texnologiya” komandaları isə 18 xalla 3-cü yeri bölüşüblər. Yarışda digər yerlərdə isə “Elektrotexnika və energetika”, “Radiotexnika və rabitə-1”, “Radiotexnika və Rabitə-2”, “Maşınqayırma”, “Avtomatika və Kompyuter Texnikası”, “Mühəndis Biznesi və Menecment”, “Sabah-1” komandaları qərarlaşıblar. Tələbələr arasında keçirilən yarışda I yer tutan komandaya kubok və medallar, II və III yer tutan komandalara isə medallar təqdim edilib.
MMC-dən pul və sənəd oğurlayanın əlləri qandallandı
Paytaxtda sisilə oğurluq törədən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə Bakı şəhər sakinlərinə məxsus olan 6 avtomobildən, 2 nəfərə məxsus həyətyanı sahələrdən, habelə rayon ərazisindəki MMC-lərdən birinin həyətindən pul, sənəd, məişət əşyaları və akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Yusif Cəfərov tutulub.
Xətai rayonunda yanan bina ilə bağlı məhkəmə prosesi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sarkisyanı Putinin cibindən oğurlamaq üçün YENİ HƏMLƏ
Ermənistanda 2017-ci ilin aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində müxalifət qərbyönümlü seçki blokunun yaradılması üzrə danışıqlar aparır. Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən yerli “Jamanak” qəzeti yazıb.
Bakı Ermənistanı məhv edəcək silah alır - Lukaşenkonun gəlişinin ÜÇ SƏBƏBİ
Belarus prezidenti Aleksandr Lukaşenko 28-29 noyabr tarixində Azərbaycana rəsmi səfərə gələcək.
Binəqədidə çoxmərtəbəli binanın yanması ilə bağlı məhkəmədə şahidlər dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ABŞ Dövlət Departamenti: Avropada terror aktlarının törədilməsi ehtimalı yüksəkdir
ABŞ Dövlət Departamenti terrorçuların Avropada yaxın gələcəkdə yeni terror aktları planlaşdırması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
Almaniyada 60-dan çox aviareys təxirə düşdü
Almaniyanın Düsseldorf hava limanında "Eurowings" aviaşirkətinin bort bələdçilərinin tətil etməsi səbəbindən 50 aviareys təxirə salınıb.
Avtomobil qaçıran şəxs saxlanıb
Noyabrın 4-də Bakı şəhər sakini Məhəmməd Abdullayevə məxsus "KİA" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırmaqda şübhəli bilinən paytaxt sakini Müzəffər Sərxanbəyov tutulub. Araşdırma aparılır. Noyabrın 4-də Bakı şəhər sakini Məhəmməd Abdullayevə məxsus "KİA" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qaçırmaqda şübhəli bilinən paytaxt sakini Müzəffər Sərxanbəyov tutulub. Araşdırma aparılır.
8 avtomobilin akkumlyatorunu oğurlayan tutulub
Bakıda maşınlara qənim kəsilən şəxslər ifşa edilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 8 nəfərə məxsus avtomobillərdən akkumlyator oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Qarayev və Nurlan Bağırov tutulublar.














