Gündəm
Məşhur müğənni ziyarətdə
Uzun zamandı ekranlarda görünməyən məşhur müğənninin həcc ziyarətində olduğu məlum olub. Müğənni sosial şəbəkə hesabından Məkkənin şəkillərini paylaşaraq, bu sözləri yazıb: “ Dünyanın ən gözəl şəhərindəyəm. Çox şükür, Məkkədəyəm. Allah arzulayan və istəyən hər kəsə nəsib etsin bu ziyarəti. Hər mənada burada 33 dərəcə isti var. Vallah buraları cavankən gəlib, görmək lazımdı. Mənim yaşda gələndə insan gənc olmadığını anlayır. “Kaş ki, daha öncə gəlsəydim “ deyir insan. Burda dünyanın hər yerindən, hər rəngdə, hər dildə, hər boyda, hər cür insan var. Hamısının məqsədi və istəyi eynidi” – deyib.
"Ermənistan alman investorlar üçün cəlbedici deyil"
Ermənistanda siyasi sabitliyin olmaması səbəbindən bu ölkə alman investorlar üçün cəlbedici deyil. SİA “aysor.am”a istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kisler deyib. O bildirib ki, alman investorlar böyük bazarlar və siyasi sabitlik olan ölkələrə maraq göstərirlər: “Təəssüf ki, Almaniya mətbuatı Ermənistan və yaxud region barədə aktual xəbər başlıqlarında stabillikdən bəhs etmirlər. Xüsusilə Qarabağ münaqişəsindən yazılır. Belə xəbərlər kiçik və orta müəssisələr üçün maneələr yaradır, investisiya qoyluşuna marağı azaldır. Bizim vəzifəmiz isə sahibkarlara investisiya imkanları barədə obyektiv məlumatları təqdim etməkdir”.
"Xəstələrin köçürülməsinə ehtiyac yoxdur"
"Azərbaycanda 2013-cü illə müqayisədə bu il ərzində rayonlardan Bakıya xəstələrin təcili tibbi yardım maşınları ilə gətirilməsi halları 30 faizə yaxın azalıb". Olaylar.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cavadov deyib.
Diaspor rəhbəri federasiya sədrliyinə namizədliyini irəli sürür
Əskişəhir Azərbaycanlılar Dərnəyinin rəhbəri Cavid Aydın Türkiyə Azərbaycanlıları Dərnəkləri Federasiyasının sədrliyinə namizədliyini irəli sürdüyünü açıqlayıb. “OLAYLAR”-ın xəbərinə görə, Türkiyədə daha güclü və qüvvətli bir Azərbaycan diasporasına sahib olmaq məqsədilə federasiya rəhbərliyinə namizədliyini irəli sürdüyünü deyən Cavid Aydın onu da deyib ki, namizədliyini irəli sürən hər bir şəxs güclü Azərbaycan diasporasından yanadır. Onun sözlərinə görə, hər bir namizəd güclü Azərbaycan diasporasının olmasınbı istəyir.
Azərbaycan beynəlxalq miqyasda dinamik tərəqqiyə malik olan dövlət kimi tanınır
Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra mühüm strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır”.
İpotekanın bərpa olunacağı vaxt AÇIQLANDI
"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) yeni istiqraz emissiyası ilə cəlb edəcəyi 50 mln. manat vəsait gələn həftədən Fondun müvəkkil bankları arasında bölüşdürüləcək. Olaylar.az xəbər verir ki, bu barədə report-a bank dairələrindən məlumat verilib.
Ermənistan tankları Rusiyaya daşınır
Ermənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.
Hər il dünyada 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur
Səttar Mehbalıyev: “Azərbaycanda xəsarətlərin azalması tendensiyası müşahidə olunur”
“Made in Azerbaijan” brendinə Naxçıvan töhfəsi
Son illərdə yaranmış yeni iqtisadi şəraitdə ölkəmizin ixrac potensialının daha da artırılması və onun qeyri-neft məhsullarının çeşidləndirilməsi istiqamətində qəbul olunmuş mühüm qərarlar “Made in Azerbaijan” brendinin formalaşdırılması və onun dünyaya tanıdılması zərurətini bir daha ortaya qoyub.
Haqsızlığa məruz qalan Şimali Kipr
Əvvəli ötən sayımızda Şimali Kipr Türk Respublikasının sərhədləri şimalda Dipkarpaz, qərbdə Güzelyurt və cənubda Akıcılara qədər uzanır. Şimali Kipr Türk Respublikası ilə Kipr Respublikası arasında Birləşmiş Millətlər Təşkilatının nəzarətində olan bufer zona yerləşir. Şimali Kipr Türk Respublikasının ən gözəl və əhəmiyyətli yerləri paytaxt Lefkoşa, Girnə, Qazimağusa və Gözəlyurtdur. Aralıq dənizi iqlimində yerləşdiyindən bu ölkədə çox da yağış yağmır. Adətən isti və quru hava iqliminə malikdir. Şimali Kipr Türk Respublikasının rəsmi adı ilə təkcə Türkiyə tərəfindən tanınıb. İlk illər Pakistan və Banqladeş Şimali Kipri tanısalar da, daha sonradan beynəlxalq təzyiqlər altında bu addımdan geri çəkiliblər. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr Türk Respublikası arasında münasibətlər yaranıb.
İnternet məkanındakı qanun pozuntularına qarşı daha səmərəli mübarizə aparılacaq
Vüsal Hüseynov: “Azərbaycanda sosial şəbəkələrdən istifadə edənlərin sayının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir” Bu günlərdə Milli Məclisinin müzakirəsinə Cinayət Məcəlləsinə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə üçün məsuliyyət müəyyən edən yeni maddə təqdim edilib. Layihə ilkin olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin iclasında müzakirə olunub. Artıq bir neçə gündür ki, layihə barədə mətbuatda bəzi dəqiq olmayan şərhlər verilir, qərəzli məqalələr dərc edilir. İddia edilir ki, sözügedən dəyişikliklər ölkədə söz və ifadə azadlığına ciddi zərbə olacaq.
Əmək və icra intizamını pozan işçilər
İntizam məsuliyyətinə cəlb olunurlar Uzun müddətdir ki, Azərbaycanda əmək qanunvericiliyi sahəsində müxtəlif problemlər yaşanmaqdadır. Mövcud problemlər əmək müqaviləsindən tutmuş işçinin vəzifəsindən azad edilməsinə qədər bütün sahələri əhatə edir. Xüsusən özəl sektorda əmək qanunvericiliyinin daha tez-tez pozulması halları müşahidə olunur.
“Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsini gözləyirik”
Fikri Toros: “Ortaq nöqtələrimiz çoxdur və bu əlaqələri daha da inkişaf etdirmək şərtdir” Bu gün Türkiyə Cümhuriyyəti xaric oilmaqla heç bir ölkə tərəfindən rəsmən tanınmayan Şimali Kipr Türk Respublikası buna rəğmən öz iqtisadi inkişafını davam etdirir. Hər il iqtisadi sahədə əldə edilən nailiyyətlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar Şimali Kipri diqqət mərkəzinə çəkən ölkələrdən birinə çevirir. Bəs görəsən bütün bu iqtisadi uğurların kökündə nə dayanır? Bu və ya digər suallarla Kipr Türk Ticarət Odasının başqanı Fikri Torosla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Fikri Toros Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında mümkün əməkdaşlıq istiqamətlərindən də danışıb.
“Dövlət Departamenti diplomatlarının Azərbaycandakı fəaliyyətinə onların sonuncu iş yeri kimi baxır”
"Deyəsən Dövlət Departamenti diplomatlarının Azərbaycandakı fəaliyyətinə onların sonuncu iş yeri kimi baxır. Ceyms Uorlik Dövlət Departamentinin müxtəlif postlarında 30 il işlədikdən sonra Minsk Qrupuna həmsədr təyin olunur və buradan təqaüdə göndərilir”. "OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu çıxış edib. O, qeyd edib ki, nundan əvvəl isə nisbətən cavan Meytu Brazyanın Azərbaycandakı səfirlik müddətini artırmadılar və o, da Dövlət Departamentini tərk edərək, ictimai fəaliyyətə keçdi: “Lap əvvəl isə səfir Stenli Eskudero üçün Azərbaycandakı vəzifəsi onun sonuncu rəsmi iş yeri oldu”.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası AHİK-in fəaliyyətini yüksək qiymətləndirir
“Azərbaycandakı idarə və müəssisələrdə əməyin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görülür”. Bu barədə məlumat verən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin sözlərinə görə, əks tədqirdə Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin müfəttişləri tərəfindən sanksiyalar tətbiq olunur: “Eyni zamanda sahə həmkarlar ittifaqları tərəfindən də bununla bağlı mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir.














