Ermənistan tankları Rusiyaya daşınır
Ermənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.
22 Noyabr 2016 15:19 DünyaErmənistan öz ərazisində T-72 tanklarının modernləşdirilməsi Mərkəzinin yaradılması üçün Rusiya tərəfinə müraciət edib.
Olaylar.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müaviniDavid Paxçanyan Rusiyanın sənaye və ticarət naziri Denis Manturovla İrəvandakı görüşü zamanı deyib. Onun sözlərinə görə, hələlik T-72 tankları Ermənistan ərazisində ancaq təmir olunur, modernləşdirmə işləri üçün isə tanklar Rusiyaya, "Uralvaqonzavod"a daşınır.
"Biz özümüz T-72 tanklarını nəniki təmir etmək, eyni zamanda modernləşdirmək istərdik. Çünki tankları modernləşdirmə üçün Rusiyaya daşıyıb geri qaytararkən çəkilən xərclər az qala təzə tankın qiyməti qədər çıxır", - Paxçanyan deyib.
Rusiyalı nazir isə deyib ki, onlar Ermənistan müəssisələrinin NATO ölkələri və Ukraynadan ehtiyat hissələrini dayandırmaq proqramı çərçivəsində bu məsələni nəzərdən keçirməyə hazırdır.