"Ermənistan alman investorlar üçün cəlbedici deyil"

Ermənistanda siyasi sabitliyin olmaması səbəbindən bu ölkə alman investorlar üçün cəlbedici deyil. SİA “aysor.am”a istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kisler deyib. O bildirib ki, alman investorlar böyük bazarlar və siyasi sabitlik olan ölkələrə maraq göstərirlər: “Təəssüf ki, Almaniya mətbuatı Ermənistan və yaxud region barədə aktual xəbər başlıqlarında stabillikdən bəhs etmirlər. Xüsusilə Qarabağ münaqişəsindən yazılır. Belə xəbərlər kiçik və orta müəssisələr üçün maneələr yaradır, investisiya qoyluşuna  marağı azaldır. Bizim vəzifəmiz isə sahibkarlara investisiya imkanları barədə obyektiv məlumatları təqdim etməkdir”.

Ermənistanda siyasi sabitliyin olmaması səbəbindən bu ölkə alman investorlar üçün cəlbedici deyil. SİA "aysor.am"a istinadən xəbər verir ki, bunu Almaniyanın Ermənistandakı səfiri Matias Kisler deyib. O bildirib ki, alman investorlar böyük bazarlar və siyasi sabitlik olan ölkələrə maraq göstərirlər: "Təəssüf ki, Almaniya mətbuatı Ermənistan və yaxud region barədə aktual xəbər başlıqlarında stabillikdən bəhs etmirlər. Xüsusilə Qarabağ münaqişəsindən yazılır. Belə xəbərlər kiçik və orta müəssisələr üçün maneələr yaradır, investisiya qoyluşuna  marağı azaldır. Bizim vəzifəmiz isə sahibkarlara investisiya imkanları barədə obyektiv məlumatları təqdim etməkdir".

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi  xarici investorlar üçün cəlbedici ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31