Gündəm

Əcnəbi dillərdə reklamlarla bağlı ŞƏRTLƏR

22 Noyabr 2016 16:10

Azərbaycanda reklam qurğularında və materiallarında dövlət dilindən başqa digər dillərdən də istifadəyə icazə verilir, bununla bağlı şərtlər müəyyənləşdirilir.  Olaylar.az xəbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Azərbaycan Respublikasının dövlət dili haqqında" qanuna 7.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Z.B.Brayza ADU-da “Kvant şüuru” adlı mühazirə ilə çıxış edib

22 Noyabr 2016 16:06

Noyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində Karmik Şəfa və İnkişaf mərkəzinin təsisçisi Zeyno Baran Brayza “Kvant şüuru” adlı mühazirə ilə çıxış edib.

Nifrət "Report"ajı: yalançı, uşaqbaz, uğursuz və dəllal bir arada

22 Noyabr 2016 16:03

"Baxın, azərbaycanlılar bizi hədəfə alıblar. Xristian olduğumuza görə bizi vurur, atəşə tutur, bombalayırlar. Çünki onlar müsəlman, biz xristianıq. Azərbaycan bizim varlığımızı istəmir".

Şəhidlərin ruhuna olan yüksək ehtiram gəncləri vətənpərvər böyüdür

22 Noyabr 2016 16:01

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində son vaxtlar həyata keçirilən ardıcıl tədbirlər regionlarda daha geniş yayılıb. Bu istiqamətdə Ağsu rayonunda keçirilən tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Müntəzəm olaraq rayon ərazisində şəhid və milli qəhrəmanlarımızın xatirəsi yad edilir, onların ruhuna yüksək ehtiram göstərilir. Məhz rayonda milli qəhrəmanlar, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin ica tutulmasının məntiqi nəticəsi olaraq rayon gəncləri arasında vətənpərvərlik hissi ən yüksək səviyyəyə qalxıb.

Dini radikalizmlə mübarizə hər birimizin borcudur

22 Noyabr 2016 15:56

Şəki şəhərində Mərkəzi “Cümə” məscidi dini icmasının “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “Tolerantlıq: milli-mənəvi dəyərimiz” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tmənədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şəki şəhər Mərkəzi “Cümə” məscidinin imamı Müşfiq Xəlilov mövzunun əhəmiyyətindən danışıb. O, İslam dinindəki tolerantlığa aid hədis və ayələrdən misallar gətirib.

1400-dən artıq müəllim qiymətləndirilib

22 Noyabr 2016 15:54

Bakı şəhəri üzrə 8 mərkəzdə fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdə iştirak etmiş müəllimlərin qiymətləndirilməsi keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qiymətləndirmə Xəzər və Pirallahı rayonları üzrə 26, Suraxanı rayonu üzrə 114, Sabunçu rayonu üzrə 252, Xətai və Nizami rayonları üzrə 220, Binəqədi rayonu üzrə 276, Nəsimi və Nərimanov rayonları üzrə 258, Qaradağ rayonu üzrə 139, Yasamal və Səbail rayonları üzrə isə 60 nömrəli tam orta məktəbdə təşkil olunub.

Fəallar bankı ələ keçirdilər

22 Noyabr 2016 15:51

Ukraynada meydan hadisələrinin 3 – cü il dönümü ilə əlaqədar bir qrup fəal gənc meydanatoplaşıblar. Bu zaman fəallarla polis arasında insident yaşanıb. “Sağ sector” qrupunun rəhbəri aksiya zamanı meydanda təkər yandırmaq istəyib. Polis onların bu hərəkətinə qarşı çıxdıqda isə tərəflər arasında münaqişə yaşanıb. Sonda fəallar istəklərinə nail olublar.

Həbsxana rəhbəri həbs olundu

22 Noyabr 2016 15:50

Türkiyədə Fətullahçı terror qruplaşmasının üzvlərinin həbsi davam edir. FETO qruplaşmasının dəstəyi ilə inşa olunan  Kartal, Maltepə, Silivri, Bakırköy qadın həbsxanalarına dair ikinci əməliyyat başladılıb. İstanbul Cumhuriyyət Başsavcısı vekil Zafer Koç tərəfindən aparılan əməliyyat nəticəsində Silivri həbsxanasının 25 qoruma məmuru haqqında həbs və axtarış qərarı verilib. Şübhəlilərin hamısının  Fətullahçı terror qrupuna xidmət etdikləri məlum olub. Daha öncədə 230 nəfər haqqında araşdırma aparılmış, bunlardan 17 – si həbs olunmuşdu.

Zəlzələ

22 Noyabr 2016 15:50

Səhər saatlarında Yeni Zellandiyada 5,6 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Yeni Zellandiyanın şimal adası qeyd olunub. Amerika geolojik araşdırmaları bildirir ki, zəlzələ şimal adasında yerləşən Palmerston Noth qəsəbəsindən 138 km uzaqlıqda və 37 km dərinlikdə olub. Keçən ay baş verən 7,8 bal gücündə zəlzələ zamanı iki nəfər vəfat etmiş, Kaikoura qəsəbəsində qalan 1200 turist və yerli sakinlər bölgədən təxliyə olunmuşdu.

İİV-ə müayinə həftəliyi keçirilir

22 Noyabr 2016 15:48

“Avropa İİV-ə müayinə həftəliyi” çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri İİV-u statusunu müəyyən etmək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) olublar. “OLAYLAR”-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 18-25 noyabr tarixlərində keçirilən aksiyada AzTU-nun tələbələri də iştirak ediblər. Tələbələr könüllü və anonim qaydada testdən keçiblər. Aksiya zamanı həkimlər bu virus barəsində tələbələrə məlumat veriblər. Bildiriblər ki, İİV-İnsanin İmmunçatışmazlığı Virisudur. Bu virus insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək, sonda tamamilə onu sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindiromu (QİÇS) əmələ gəlir. Həkimlər qeyd ediblər ki, QİÇS İİV infeksiyasının son mərhələsidir. İnfeksiyasının ilk əlamətləri yarananadək bir neçə il keçə bilər. Bu müddət ərzində İİV-na yoluxmuş insan bu virusa başqalarını da yoluxdura bilər.

Londonda BMT-nin Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyası keçiriləcək

22 Noyabr 2016 15:43

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış agentliyi olan, 1995-ci ildən Azərbaycan Respublikasının üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında adıçəkilən Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 97-ci sessiyasında ölkəmizi təmsil edir.

Sabirabadda 4 otaqlı ev yanıb

22 Noyabr 2016 15:41

Sabirabad rayonu, Yenikənd kəndində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 192 m2 olan 4 otaqlı evin 2 otağının tavanı 75 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sərhədçilər narkotik vasitə aşkar ediblər

22 Noyabr 2016 15:38

Dövlət Sərhəd Xidmətinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı fəaliyyətlərini uğurla davam etdirirlər. Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən verilən məlumata görə, 19.11.2016-cı il tarixdə saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məlumatına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastava¬sının xidməti sahəsində AZ 10 TM 081 dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılmışlar. Avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülmüşdür. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib

22 Noyabr 2016 15:36

Ədliyyənin müxtəlif sahələrinə, o cümlədən Penitensiar xidmətə təyinat alan bir qrup gənclə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Polşanın xarici işlər naziri istefaya hazırlaşır..

22 Noyabr 2016 15:30

Polşa KİV-ləri yazırlar ki, Vitold Vaşikovskiy xarici işlər naziri postunu tezliklə tərk edəcək. SİA-nın məlumatına görə, bu barədə Polşanın “Fakt” dərgisi yazıb. Böyük ehtimala görə, o 2016-cı ilin sonuna qədər nazir kreslosunu tərk etdikdən sonra ölkəsinin NATO-dakı daimi nümayəndəsi kimi fəaliyyət göstərəcək.