Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib
Ədliyyənin müxtəlif sahələrinə, o cümlədən Penitensiar xidmətə təyinat alan bir qrup gənclə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib.
22 Noyabr 2016 15:36 SosialƏdliyyənin müxtəlif sahələrinə, o cümlədən Penitensiar xidmətə təyinat alan bir qrup gənclə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib. Ədliyyə Nazirliyindən verilən məlumata görə, tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək müstəqilliyinin 25 illiyini təntənə ilə qeyd etdiyimiz ölkəmizin dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisinin, sabitliyin və təhlükəsizliyin təmin olunduğunu vurğulayıb, məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan danışıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib. Nazir, həmçinin hər bir ədliyyə işçisindən məsuliyyət, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi kimi əsas meyarların tələb olunduğunu söyləyib, gənclərə xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb. Sonra tədbirdə iştirak edən Nazirliyin aidiyyəti idarələrinin rəhbərləri tərəfindən gənclərə bilavasitə xidməti fəaliyyətləri ilə bağlı zəruri məsləhətlər verilib, təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər.