İİV-ə müayinə həftəliyi keçirilir

“Avropa İİV-ə müayinə həftəliyi” çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri İİV-u statusunu müəyyən etmək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) olublar. “OLAYLAR”-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 18-25 noyabr tarixlərində keçirilən aksiyada AzTU-nun tələbələri də iştirak ediblər. Tələbələr könüllü və anonim qaydada testdən keçiblər. Aksiya zamanı həkimlər bu virus barəsində tələbələrə məlumat veriblər. Bildiriblər ki, İİV-İnsanin İmmunçatışmazlığı Virisudur. Bu virus insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək, sonda tamamilə onu sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindiromu (QİÇS) əmələ gəlir. Həkimlər qeyd ediblər ki, QİÇS İİV infeksiyasının son mərhələsidir. İnfeksiyasının ilk əlamətləri yarananadək bir neçə il keçə bilər. Bu müddət ərzində İİV-na yoluxmuş insan bu virusa başqalarını da yoluxdura bilər.

"Avropa İİV-ə müayinə həftəliyi" çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinin həkimləri İİV-u statusunu müəyyən etmək məqsədilə Azərbaycan Texniki Universitetində (AzTU) olublar. "OLAYLAR"-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 18-25 noyabr tarixlərində keçirilən aksiyada AzTU-nun tələbələri də iştirak ediblər. Tələbələr könüllü və anonim qaydada testdən keçiblər. Aksiya zamanı həkimlər bu virus barəsində tələbələrə məlumat veriblər. Bildiriblər ki, İİV-İnsanin İmmunçatışmazlığı Virisudur. Bu virus insanın müxtəlif infeksiyalara müqavimətini təmin edən immun sistemini mərhələlərlə zədələyərək, sonda tamamilə onu sıradan çıxarır və nəticədə Qazanılmış İmmunçatışmazlığı Sindiromu (QİÇS) əmələ gəlir. Həkimlər qeyd ediblər ki, QİÇS İİV infeksiyasının son mərhələsidir. İnfeksiyasının ilk əlamətləri yarananadək bir neçə il keçə bilər. Bu müddət ərzində İİV-na yoluxmuş insan bu virusa başqalarını da yoluxdura bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31