Fəallar bankı ələ keçirdilər

Ukraynada meydan hadisələrinin 3 – cü il dönümü ilə əlaqədar bir qrup fəal gənc meydanatoplaşıblar. Bu zaman fəallarla polis arasında insident yaşanıb. “Sağ sector” qrupunun rəhbəri aksiya zamanı meydanda təkər yandırmaq istəyib. Polis onların bu hərəkətinə qarşı çıxdıqda isə tərəflər arasında münaqişə yaşanıb. Sonda fəallar istəklərinə nail olublar.

Ukraynada meydan hadisələrinin 3 - cü il dönümü ilə əlaqədar bir qrup fəal gənc meydanatoplaşıblar. Bu zaman fəallarla polis arasında insident yaşanıb. "Sağ sector" qrupunun rəhbəri aksiya zamanı meydanda təkər yandırmaq istəyib. Polis onların bu hərəkətinə qarşı çıxdıqda isə tərəflər arasında münaqişə yaşanıb. Sonda fəallar istəklərinə nail olublar.

Həmin etirazçıların bir qismi meydandan bir neçə kilometr aralıda yerləşən digər meydana - Lev Tolustoy meydanına keçərək keçmiş nazir Viktor Medvedçukun ofisinə hava fişəngləri və duman bombası ilə hücum ediblər. Ardından isə etirazçılar Ukraynanın paytaxtı Kiyevdə  fəaliyyət göstərən, Rusiyaya məxsus olan Siberbanka hücüm ediblər. Bankın şüşələrini qıran gənclər içəri daxil olublar.Onlar bankdakı pulları mənimsəməyə çalışarkən, polis müdaxiləsi ilə üzləşiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31