Hər il dünyada 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur

Səttar Mehbalıyev: “Azərbaycanda xəsarətlərin azalması tendensiyası müşahidə olunur”

Səttar Mehbalıyev: "Azərbaycanda xəsarətlərin azalması tendensiyası müşahidə olunur"
 

"2014-cü ilin avqustunda Almaniyanın Frankfurt şəhərində keçirilmiş əməyin təhlükəsizliyi və mühafizəsi üzrə XX Ümumdünya Konqresində Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder qeyd edib ki, ""insanlar iş yerlərindəki bədbəxt hadisələr nəticəsində daha çox ölür, nəinki mühabələrdə..." Ekspertlərin hesablamalarına görə, hər il 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyonu isə peşə xəstəliklərindən əziyyət çəkirlər.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası AHİK-in fəaliyyətini yüksək qiymətləndirir

Dünya miqyasında peşə xəstəlikləri və istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində birbaşa və dolayısı ilə dəyən ziyanın miqdarı 2,8 trilyon ABŞ dolları həcmində ölçülür". Bunu Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün təşkil etdiyi Sağlamlıq və Təhlükəsizlik üzrə beynəlxalq seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfedersiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Nehbalıyev deyib. AHİK sədri bildirib ki, dünya ölkələri ilə müqayisədə son illərdə MDB ölkələrində xəsarətlərin sayında azalmalar müşahidə olunur, bununla belə onun göstəricilərinin səviyyəsi hələ də yüksəl olaraq qalır. Statistik məlumatlara görə, 2015-ci ildə ümumilikdə MDB ölkələri üzrə istehsalatda xəsarət alan işçilərin sayı,- həlak olanlar da daxil olmaqla,- 2010-cu ildəki 66 min nəfərdən 37 min nəfərə qədər azalıb. Bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin sayı 2010-cu ildəki 2,67 milyon adam-gündən 2015-ci ildə 1,5 milyon adam-günə qədər aşağı enib. Azərbaycanda baş verən istehsalat xəsarətlərindən bəhs edərkən S.Mehbalıyev bildirib ki, burada da mütləq göstəricilərə əsasən, xəsarətlərin azalması tendensiyası müşahidə olunur və 2010-cu ildəki 266 xəsarət alanların sayına nisbətdə 2015-ci ildə 160 nəfər olub. İstehsalat xəsarətləri səbəbindən müvəqqəti əmək qabiliyyətini itirməyə görə iş gününün itikisi 10,3 min adam-gündən 4,3 min adam-günə qədər azalıb. AHİK sədri qeyd edib ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi daim Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən olmuş və olmaqda davam edir: "Yeni Əmək Məcəlləsinin qəbul olunması ilə və işçilərin sosial müdafiəsinin Baş Sazişlərdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində gücləndirilməsi məqsədi ilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan Parlamenti tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməkdən icbari sığorta haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində işləyənlərin say reqlamenti, zərərli iş şəraitində işləyənlərin profilaktik qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı Əmək və Vergi Məcəllələrinə düzəlişlər edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi və işi dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib". AHİK sədri məlumat verib ki, Beynəlxalq həmkarlar ittifaqları hərəkatının, Beynəlxalq Əmək Təşkilatının dəyərlərinə görə, bugünkü seminarda müzakirə ediləcək əməyin mühafizəsi məsələsi sosial müdafiə sahəsinə aiddir və iş yerlərində təhlükəsiz şəraiti, ekoloji təhlükəsizliyi təmin edən kompleks məsələləri əhatə edir. Bu da təsadüfi deyildir, belə ki, bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. S.Mehbalıyev vurğulayıb ki, AHİK-in təşəbbüsü və yaxından iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməyin və sağlamlığın təhlükəsizliyi üzrə Milli strategiya layihəsi işlənib hazırlanıbdır və icra orqanları ilə razılaşdırılma mərhələsindədir. S.Mehbalıyev bildirib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin qarşısının alınması üzrə həmkarlar ittifaqlarının görəcəyi işlər BƏT-in, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu ilin oktyabrında Azərbaycan hökuməti və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq proqramı çərçivəsində Azərbaycan Respublikasının Layiqli əmək üzrə 2016-2020 -ci illər üçün Proqramı təsdiqlənib. Həmin Proqramın müddəalarının yerinə yetirilməsi sosial tərəfdaşlarla və Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Seminarda sosial tərəfdaşların və beynəlxalq qurumların nümayəndələri də çıxış ediblər. Seminar öz işini üç gün davam etdirəcək.
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31