Erməni yalanlarını ifşa edən daha bir kitab çap edilib

Professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifidir” kitabı işıq üzü görüb.

Professor, filoloq-tarixçi Əjdər Tağıoğlunun "Moisey Xorenatsi anonim keşiş müəllifidir" kitabı işıq üzü görüb. "OLAYLAR"-ın xəbərinə görə, kitabda erməni yalanları tarixi faktlarla ifşa edilir, onların Qafqaz regionunun qədim xalqı deyil, gəlmə olduqları bildirilir. Kitabda qeyd edilir ki, zaman və məzmun etibarilə ilə əlaqəsiz, ayrı-ayrı əfsanə, rəvayət və alleqorik sujetlərdən ibarət folklor materialları əsasında tərtib edilmiş M.Xorenatsinin "Armeniya tarixi"ndə verilmiş mifoloji və epik qəhrəmanlardan babilli əfsanəvi Hayk, Baini çarı Aram, Arme çarı Artaşes və çar Tiqran çağdaş erməni tarixçiləri tərəfindən guya fantastik "Böyük Armeniya""yaratmış", gerçək tarixdə yaşamış "erməni çarları" kimi təqdim edilirlər. Halbuki, onların erməni xalqı ilə heç bir soy-kök bağlılıqları yoxdur. Kitabın sonunda müəllif qeyd edir ki, bu gün bizim vətəndaş borcumuz iki yüz il ərzində gələcək nəsillərə-bizlərə unutdurulmağa çalışılan "Ana tariximiz"i "Vahid Azərbaycan tarixini""Böyük Azərbaycançılıq"zəminində namusla, qeyrətlə yazmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31