Almaniyada 60-dan çox aviareys təxirə düşdü

Almaniyanın Düsseldorf hava limanında "Eurowings" aviaşirkətinin bort bələdçilərinin tətil etməsi səbəbindən 50 aviareys təxirə salınıb.

Almaniyanın Düsseldorf hava limanında "Eurowings" aviaşirkətinin bort bələdçilərinin tətil etməsi səbəbindən 50 aviareys təxirə salınıb.

Olaylar.az  Trend-ə istinadən xəbr verir ki, Berlin, Praqa və Vyana şəhərlərinə uçuşlar dayandırılıb.

Tətilə Düsseldorf və Hamburq hava limanlarında çalışan işçilər də qoşulublar. 460-a yaxın işçinin əməkhaqlarının artırılması tələb edilir. Yerli vaxtla səhər saat 05:00-da başlayn tətil saat 20:00-dək davam edəcək.

Hamburq hava limanında da tətil təsirsiz ötüşməyib. Burada 14 reysin təxirə salındığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31