Cavid Qurbanov Rumıniya səfiri ilə görüşüb
Noyabrın 22-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dəmir yolunda son illər ərzində görülən işlər, Azərbaycanın tranzit imkanları, ölkəmizin nəqliyyat qurumlarının “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə söhbət açıb. İkitərəfli görüşdə “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizlərinin inkişafı və “Azərbaycan Dəmir Yolları” QSC-nin bu sahədə fəaliyyəti, Rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunub. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyindən danışıb.
22 Noyabr 2016 14:40 SosialNoyabrın 22-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, dəmir yolunda son illər ərzində görülən işlər, Azərbaycanın tranzit imkanları, ölkəmizin nəqliyyat qurumlarının "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirakı barədə söhbət açıb. İkitərəfli görüşdə "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" nəqliyyat dəhlizlərinin inkişafı və "Azərbaycan Dəmir Yolları" QSC-nin bu sahədə fəaliyyəti, Rumıniyalı tərəfdaşlarla əməkdaşlığın perspektivləri, Rumıniyanın Konstansa və Gürcüstanın Poti limanlarından keçməklə Gürcüstan, Azərbaycan və İran, eləcə də əks istiqamətdə yük daşımalarının təşkili imkanları müzakirə olunub. Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Yanku çıxış edərək ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyindən danışıb.