Gündəm

Sinqapur və Malayziya F1-dən imtina edə bilər

22 Noyabr 2016 12:37

"Formula-1" dünya çempionatı qarşıdakı illərdə Cənub-Şərqi Asiyada eyni anda iki əsas yarışdan məhrum ola bilər. 

Caner Toker: “Azərbaycan dövləti və xalqı öz dostlarına yüksək dəyər verir”

22 Noyabr 2016 12:32

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən Birliyin üzvü-Türkiyənin Erciyes Universitetinin tələbəsi Caner Tokerin  ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.

ADU-da maarifləndirici tədbir keçirilib

22 Noyabr 2016 12:30

Noyabrın 21-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə narkotiklərin və narkomanlığın cəmiyyətə, insanların sağlamlığına ziyanı barədə təbliğat aparılması, o cümlədən tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə maarifləndirmə xarakterli tədbir keçirilib.

Şahmat turniri başa çatıb

22 Noyabr 2016 12:28

İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan 9 noyabr "Dövlət Bayraq Günü" və 12 noyabr "Konstitusiya Günü"nə həsr olunmuş şahmat turniri başa çatıb. Azərbaycan Şahmat Federasiyasında keçirilən turnir İqtisadiyyat Nazirliyinin Aparatının və tabeliyindəki qurumların əməkdaşları arasında beynəlxalq usta Rəhim Qasımovun hakimliyi altında İsveçrə sistemi əsasında keçirilib və yarış 9 turdan ibarət olub.

İki ildən sonra eyni qorxu

22 Noyabr 2016 12:26

Türkiyənin İzmir şəhərinin  Menderes qəsəbəsində 6 və 11 yaş arasında 6 məktəbli qıza pornofilm izlətməkdə və təcavüz etməkdə təqsirləndirilən, iki il bundan öncə həbs olunan 66 yaşlı məktəb direktoru Adil. Ş məhkəməsində ifadə verən uşaqlar hələ də hadisənin qorxusunu unuda bilməyiblər.

2006 mundialının iştirakçısı dünyasını dəyişdi

22 Noyabr 2016 12:23

Kosta-Rika millisinin eks-futbolçusu Qabriel Badilya dünyasını dəyişib. Olaylar.az goal.az-a istinadən xəbər verir ki, 10 km məsafəyə qaçışa qoşulan 32 yaşlı müdafiəçi finişə az qalmış huşunu itirib. Həkimlərin ciddi cəhdinə baxmayaraq ürək tutması keçirən Badilyanın həyatını xilas etmək mümkün olmayıb. Hadisə noyabrın 20-da baş verib.

"İsgəndər"lər Ermənistanın nüvə silahı yaratmasına səbəb ola bilər

22 Noyabr 2016 12:22

"Rusiyanın Ermənistanda yerləşdirdiyi "İsgəndər" raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər". Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu fikirlər Corctaun Universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin ABŞ-ın nüfuzlu "The National Interest" jurnalında dərc olunan məqaləsində yer alıb.

Azərbaycanda süni mayalanma üçün müraciət edənlərin sayı artıb

22 Noyabr 2016 12:19

"Hər il Azərbaycanda qadınlar müəyyən səbəblərdən ekstrakorporal (süni) mayalanmaya üz tuturlar. Son illər süni mayalanmaya müraciət edən qadınların sayında artım var. Belə ki, il ərzində süni mayalanmaya müraciət edən qadınların sayı 1000-ə yaxın olur".

Facebook yalançıları belə tutur

22 Noyabr 2016 12:17

Bir müddət əvvəl Facebook-un prezident seçimlərindəki nəticələrə göstərdiyi təsir haqda məlumat paylaşılmışdı. Hətta bu prezident seçimlərində Hillari Klinton tərəfdarlarının ortaya çıxmış nəticələrə görə Mark Zukerberqi və Facebook-u günahlandırdığı bildirilmişdi. Bunun isə əsas səbəbi Facebook-da yalan xəbərlərin yayılması və xəbər seçimində filtrləmənin olması idi.

"Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları" təsdiqləndi

22 Noyabr 2016 12:15

Nazirlər Kabineti "Reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları"nı təsdiq edib.

Məşhur italyan aktrisa azərbaycanlı ailənin evinə qeydiyyata düşdü - YENİLƏNİB

22 Noyabr 2016 12:13

Milli.Az bildirir ki, lent.az-ın əməkdaşı mənzilin sahibi Bəhmən Nəcəfovla əlaqə saxlayıb. Nəcəfov əməkdaşımıza bildirib ki, hansısa italiyalı aktrisanın onun mənzilinə qeydiyyata düşməsindən xəbəri yoxdur: "Həmin mənzil İlhamə Nəcəfovanın adınadır. Nə onun, nə də mənim bu məsələdən xəbərimiz var".

İŞİD Nyu-Yorkda terror törətmək istədi

22 Noyabr 2016 12:12

Nyu-Yorkun mərkəzində yerləşən Tayms-Skverdə terror aktı törətmək istəyən şəxs saxlanılıb.

Erməni kəşfiyyatçının aprel döyüşləri ilə bağlı etirafı...

22 Noyabr 2016 12:10

"Cəmi 2 nəfər xilas ola bildik" Milli.Az xəbər verir ki, aprel döyüşlərindən sonra erməni təxribatlarına cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində Ermənistanın düşdüyü durum indi də bu ölkədə müzakirə mövzusu olaraq qalır. Müxtəlif televiziyalarda, internet saytlarında ölkənin hərbi-siyasi rəhbərliyinin səriştəsizliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyət şərh edilir, müxtəlif yazılar dərc olunur.

Kardaşyanın ərini qandallayıb xəstəxanaya apardılar

22 Noyabr 2016 12:07

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra məşhurlaşmış Kim Kardaşyanın əri, tanınmış reper Kanye Uest Los-Anceles şəhərindəki "UCLA Medical Center" hospitalına aparılıb.

Oğurlanmış çantadan qızıl külçələr çıxdı

22 Noyabr 2016 12:05

Çinin Honkonq şəhərində soyğunçular yerli sakinə bıçaqla hədə-qorxu gələrək çantasını alıblar.