Məşhur italyan aktrisa azərbaycanlı ailənin evinə qeydiyyata düşdü - YENİLƏNİB
Milli.Az bildirir ki, lent.az-ın əməkdaşı mənzilin sahibi Bəhmən Nəcəfovla əlaqə saxlayıb. Nəcəfov əməkdaşımıza bildirib ki, hansısa italiyalı aktrisanın onun mənzilinə qeydiyyata düşməsindən xəbəri yoxdur: "Həmin mənzil İlhamə Nəcəfovanın adınadır. Nə onun, nə də mənim bu məsələdən xəbərimiz var".
22 Noyabr 2016 12:13 MədəniyyətOlaylar.az bildirir ki, lent.az-ın əməkdaşı mənzilin sahibi Bəhmən Nəcəfovla əlaqə saxlayıb. Nəcəfov əməkdaşımıza bildirib ki, hansısa italiyalı aktrisanın onun mənzilinə qeydiyyata düşməsindən xəbəri yoxdur: "Həmin mənzil İlhamə Nəcəfovanın adınadır. Nə onun, nə də mənim bu məsələdən xəbərimiz var".
Bəhmənin dediyinə görə, adətən qeydiyyat məsələləri mənzil sahibinin razılığı və məhkəmə vasitəsilə baş verir. "Biz nə razılıq vermişik, nə də məhkəməyə çağırılmışıq. Ola bilər ki, bizim razılığımız olmadan qeydiyyata salıblar. Belə məsələlərə Rusiyada tez-tez rast gəlmək olur. Amma bizim razılığımız olmayıb, bu dəqiqdir".
***
Dünyanın ən məşhur aktrisalarından biri, italyan Ornella Muti Rusiya vətəndaşlığı alıb və Rusiyaya köçüb. Onu Moskvanın Qolyanovo rayonunda daimi qeydiyyata alıblar.
Milli.Az Life-a istinadən bildirir ki, aktrisa azərbaycanlı Bəhmən Nəcəfovun mənzilində qeydiyyata düşüb.
"Onun Rusiya vətəndaşlığını aldığını bilirdik. Televizorda göstərmişdilər. Amma rayonumuzda qeydiyyatda olduğunu bilmirdik. Şelkov şossesini heç təmir etmirlər. Yəqin, Muti buraya köçəndən sonra yol təmir olunar", - binanın sakinləri deyirlər.
Ornella Muti əsl ad və soyadı olan Françeska Rivelli kimi qeydiyyata düşüb.
"Mənzilimizdə Ornella Mutinin qeydiyyata düşdüyünü eşitməmişəm. Azərbaycandanıq. Üç il əvvəl ərimlə və uşaqlarımla burada yaşamağa başlamışıq", - mənzilin sahibəsi İlhamə Nəcəfova deyib.
Mənzilin ilkin sahibi Vladimir Molçanov olub. O, 2005-cü ildə mənzili Səfa Qərib oğlu Kərimova ömürlük icarəyə verib: bir şərtlə ki, ahıl Molçanovun həyatının sonunadək Kərimov ona baxmalıydı.
2008-ci ildə isə Kərimov bu mənzili qohumu Bəhmən Mikayıl oğlu Nəcəfova satıb.
Kərimov indi Bakıda yaşayır.
İtalyan aktrisanın onların mənzilində qeydiyyata alınması isə Nəcəfovlar ailəsini bərk narahat edib.