İki ildən sonra eyni qorxu

Türkiyənin İzmir şəhərinin  Menderes qəsəbəsində 6 və 11 yaş arasında 6 məktəbli qıza pornofilm izlətməkdə və təcavüz etməkdə təqsirləndirilən, iki il bundan öncə həbs olunan 66 yaşlı məktəb direktoru Adil. Ş məhkəməsində ifadə verən uşaqlar hələ də hadisənin qorxusunu unuda bilməyiblər.

Türkiyənin İzmir şəhərinin  Menderes qəsəbəsində 6 və 11 yaş arasında 6 məktəbli qıza pornofilm izlətməkdə və təcavüz etməkdə təqsirləndirilən, iki il bundan öncə həbs olunan 66 yaşlı məktəb direktoru Adil. Ş məhkəməsində ifadə verən uşaqlar hələ də hadisənin qorxusunu unuda bilməyiblər.

İzmir 8 - ci Ağır Cəza Məhkəməsində cinayətkara 102 il həbs istənilib. 22 sentyabrda keçirilən məhkəmə prosesində zərərçəkmiş uşaqların İstanbul Məhkəmə Tibi Ekspertiziyasında müayinədən  keçirilməsinə  qərarı verilib. Məhkəmə dekabrın birinədək uzadılıb.

Eyni məktəbdə çalışan və baş verən hadisənin açılmasında maraqlı olan müəllimə Saadet Özcan noyabr ayında Ankaraya gedərək, CHP millət vəkilləri Tuncay Özkan və Zekeriya Temizel ilə görüşüb. Noyabrın 11 - də müəlliməni Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya qəbul edib. Nazirlik məhkəmənin ciddi araşdırılmasını, cavabdeh şəxslərin işə cəlb olunmasını tələb edib. Zərərçəkən 6 məktəblinin və valideyinlərinin İstanbulagəlmə və orada qalma xərclərini  Menderes bələdiyyəsi öz üzərinə götürüb.

5 məktəbli qız tibi müayinə zamanı iki il bundan öncə baş vermiş  hadisəni bir daha mütəxəssislərə danışıblar. Məktəblilərdən biri isə daha öncə məhkəmədə ifadə verdiği və Adil. Ş - nın onun  ifadəsindən sonra həbs edildiyini bildirib. Psixoloqlar qeyd ediblər ki, hadisədən iki il keçməsinə baxmayaraq, məktəbli qızlar hələ də hadisənin qorxu ilə danışırdılar və tez - tez Adil .Ş - ni nəzərdə tutaraq "Anlatdıqlarımızdan sonra o çıxmaz artıq, elə deyilmi?" deyə sual verirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31