İstanbulda güclü yanğın başlayıb - YENİLƏNİB
İstanbulun Bayrampaşa rayonunda plastik məhsullar istehsal edən zavodda güclü yanğın baş verib.
22 Noyabr 2016 12:42 Dünyaİstanbulun Bayrampaşa rayonunda plastik məhsullar istehsal edən zavodda güclü yanğın baş verib.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib.
Yanğın zavodun yaxınlığındakı üçmərtəbəli binaya da keçib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
***
İstanbulun Bayrampaşa rayonunda plastik məhsulların hazırlandığı bir fabrikdə güclü yanğın baş verib.
Olaylar.az publika.az-a istinadən xəbər verir ki, əraziyə çoxlu sayda yanğınsöndürən, xilasetmə və tibbi qruplar cəlb edilib.
Hadisə yerindən qalxan tüstü İstanbulun hər yerindən görünür.