Gündəm
Metropoliten işçi axtarır
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə mütəxəssislərin işə qəbulunu elan edir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlərin texniki ali təhsil, hərbi mükəlləfiyyətli, 25-35 yaş arasında olması zəruridir. Xarici dil (ingilis) bilgisi arzu olunandır. Həmçinin Proqram təminatının bacarıqları, (MS Office (Word, Excel, Power Point, Outlook), Azərbaycan Respublikası qanunvericiliyi ilə bağlı bilgiləri olmalıdır. Müraciət üçün son tarix: 20.12.2016-cı ildir.
Şikayət təmin edilməyib
Bakı Apellyasiya Məhkəməsində "Azərbaycan "Coca-Cola" Bottlers Limited" MMC-nin Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Çexiya parlamentinin vitse-spikeri və sənaye naziri Bakıya gələcəklər
Çexiya parlamentinin vitse-spikeri Voytex Filip Bakıya gələcək. Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka bildirib ki, o, GUAM Parlament Assambleyasının işində iştirak edəcək.
Azərbaycan mağara təfəkkürlü insanla danışıqlar aparır
Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə dolu bəyanat səsləndirməsi özünü və hakimiyyətini rəsmən ifşa etməsi deməkdir. Bu gün Azərbaycan yalnız ərazisi üzərində suverenliyini bərpa etməsi məsələsini qaldırırsa, Ermənistan qonşu dövlətin paytaxtını tuta biləcəyini bəyan edir. Bu, orta əsrlər dövrünə, hətta ondan öncəki dövrə məxsus mağara təfəkkürüdür. Bu, Ermənistanın artıq açıq-aşkar dünyanın qəbul edilmiş hüquq normalarını və qaydalarını inkar etmək etməsi deməkdir. Bu adam üçün artıq sivil dünya, beynəlxalq hüquq normaları, BMT-nin nizamnaməsi və qərarları anlayışları yoxdur. İndi görün Azərbaycan prezidenti Ermənistanı idarə edən bu cür insanla üzbəüz qalıb onunla Qarabağ probleminin həllinə dair danışıqlar aparmalıdır.
Qızıl mədənində atışma: yaralılar var
Ermənistanda qızıl mədənində atışma olub. Gecə baş verən silahlı qarşıdurma nəticəsində təhlükəsizlik xidmətinin bir əməkdaşı yaralanıb.
Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək
"Türkiyənin Tunceli vilayətinin Nazimiye bölgəsində erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək".
Türkiyədən QARA XƏBƏR: 3 ölü, 3 yaralı
Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma olub. Atışma nəticəsində 3 hərbçi ölüb, 3-ü yaralanıb.
Vitse-spiker: “Hökumət işinin öhdəsindən layiqincə gəlib”
“Büdcə müzakirəsi zamanı populist, bir qrup insanın maraqlarına xidmət edən, havadan götürülən iddialardan və fikirlərdən uzaq, reallığa uyğun olaraq mövqeyimizi bildirməliyik”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
İlham Əliyev dindarları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib. AZƏRTAC
Bahar Muradova: “Öz həyatımızı bu büdcə əsasında qurmalıyıq”
“Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar.
Biznesmenin 20 yaşlı nişanlı oğlu bu maşında can verdi
Xəbər verdiyimiz kimi, Bakıda tanınmış iş adamı, hazırda həbsdə olan Nəriman Əliyevin gənc oğlu qəfildən dünyasını dəyişib.
Gənclər QİÇS-ə yox deyir
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin birgə təşkilatçılığı ilə QİÇS-lə mübarizə mövzusunda marifləndirici tədbir keçirilib.
Dini radikalizm və onun fəsadları müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Dini radikalizm və onun fəsadları” mövzusunda dəyirmi-masa keçirilib.
“Azərbaycan Dəmir Yolları” 30 ədəd yataq tipli vaqon alacaq
Dekabrın 2-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler ilə görüş keçirilib. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Tədbirdə gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün "Stadler" şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki, həmin vaqonlar "standart", "komfort", "biznes" və "restoran" olmaqla dörd kateqoriyada istehsal olunur. İsveçrənin “Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpuler “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan və əlaqələrin genişlənməsindən məmnun qaldıqlarını bildirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
Metropoliten yeni kollektiv müqavilə imzalayıb
Metropolitendə əmək münasibətlərini tənzimləyən yeni kollektiv müqavilə imzalanıb. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, işəgötürənlə əmək kollektivi və ya həmkarlar ittifaqı təşkilatı arasında yazılı formada bağlanan kollektiv müqavilə istənilən müəssisənin, sahibkarın onun işçiləri ilə münasibətlərini tənzimləyən ən əhəmiyyətli və qanuni qüvvəsi olan həlledici sənəd hesab olunur.














