Gənclər QİÇS-ə yox deyir

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin birgə təşkilatçılığı ilə QİÇS-lə mübarizə mövzusunda marifləndirici tədbir keçirilib.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər Bölməsinin birgə təşkilatçılığı ilə QİÇS-lə mübarizə mövzusunda marifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, tədbirdə məqsəd gənclər arasında QİÇS-ə qarşı maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə diqqətin artırılmasıdır. Tədbirdə çıxış edənlər Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Bölməsinin baş təlimatçısı Lamiyə Ağayeva Ümumdünya QİÇS-lə Mübarizə Günü barədə geniş məlumat verib, XXI əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük bəlalardan birinin də bu xəstəlik olduğunu vurğulayıblar. Qeyd olundu ki, ölkəmiz də QİÇS-lə mübarizədə bütün vasitələrdən istifadə edir, təbliğat fəaliyyətini gücləndirir.Sonda iştirakçılara məlumat xarakterli bukletlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31