Gündəm
Qripin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var
"Azərbaycanda qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var".
Avropa qan gölünə dönəcək
Avropa İttifaqının (Aİ) polis xidməti (Avropol) qitə ərazisində yeni terror aktları barədə xəbərdarlıq edib. Avropol İŞİD terror qruplaşmasının yaxın vaxtlarda Avropada yeni hücumlar həyata keçirməyi planlaşdırdığını bildirib.
Yeni günah tapıldı
Türkiyədə Cübbeli Ahmet Hoca olaraq məşhurlaşan Ahmet Mahmut kişilərin də başıaçıq gəzməsinin böyük günah olduğunu deyib.
Amnistiya aktı
Qazağıstanın müstəqilliyinin 25 illi ərəfəsində ölkənin 30 min sakini amnistiyaya düşə bilər. Bu barədə ölkə parlamentində jurnalistlərlə söhbətində Qazağıstanın baş prokurorunun müavini İohan Merkel deyib. “Hazırda dəqiq vaxtı deməkdə çətinlik çəkirəm, lakin biz 30 minə qədər insan saymışıq”-deyə prokuror bildirib.
Marsda həyat başlayacaq?
2027-ci ildə Mars planetində həyat başlayacaq. Məlumata görə, orada insan həyatının başlaması üçün hazırlanan layihənin adı “Mars One”dır. Layihənin rəhbəri Bas Lansdorp bildirib ki, Marsda yaşamaq üçün 200-min insan müraciət edib. Hələ ki, onlardan 50 kişi və 50 qadın seçilərək müəyyən testlərdən keçirilirlər. Sonda isə ilk mərhələ üçün 4 insan seçilib, Marsa göndəriləcək.
Trampdan önəmli mesajlar
“ABŞ xarici ölkələrdə hökumət və rejimlərin devrilməsi cəhdi istiqamətində apardığı siyasətə son qoyacaq”. SİA xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən gün Ohayonun Sinsinati şəhərində seçiciləri ilə keçirdiyi görüşündə bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın xarici siyasətinin əsas hədəfi xaos yaratmaq deyil, sabitliyin təmin olunması olacaq. Bu baxımdan, yeni siyasət əvvəlkilərdən köklü şəkildə fərqlənəcək.
Döyüşə qadınlar gedir!
ABŞ administrasiyası ötən gün Pentaqonun qadın vətəndaşların hərbi qeydiyyata alınması təklifini faktiki olaraq dəstəkləyib. SİA xəbər verir ki, bu barədə Ağ Ev yanında Amerikanın milli təhlükəsizlik məsələləri üzrə rəsmi nümayəndəsi Ned Prays bəyan edib.
Ermənistan qarışıqlıq yaratmaq istəyir
“Rusiyanın Ermənistana verdiyi hərbi dəstək erməniləri ruhlandırıb və onların şantaj xarakterli bəyanatları, sərsəm iddiaları çoxalıb”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Kişilər ifritə qadınları sevirlər
Müğənni Səidə Sultan son günlər görünüşündə etdirdiyi dəyişikliklərdən danışıb. Sənətçi bildirib ki, üzündə bir çox müdaxilələr etdirib: "Boynuma alıram, üzümə kosmetoloq müdaxilələri etdirmişəm. Nəticədə də çox dəyişmişəm. Bundan əvvəl burnumda plastik əməliyyat etdirmişəm. Bunu görünüş üçün yox, nəfəsalma problemimə görə etdirmişdim. Çox da razıyam. Oxumağım da düzəlib".
"Ermənistan Rusiyanın loyallığına şübhə ilə yanaşır"
Dağlıq Qarabağda aprel ayında baş vermiş eskalasiyadan sonra Ermənistanda Rusiyanın İrəvana qarşı loyallığı barədə şübhələr yaranıb.
Qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.
Virtual məkanda uşaqlara qarşı zorakılıq
Deputat: “Onların terror təşkilatlarının onlayn təbliğat toruna düşmə ehtimalı var” “Uşaqların cinsi istismarına yalnız təcavüz deyil, qeyri-münasib çatlar, intim söhbətlər də daxildir”. Bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva İtaliyanın Florensiya şəhərində keçirilən sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında deyib.
Yeni akkreditasiya qaydaları hazırlanıb
"Azərbaycanda ali məktəblərin yeni akkreditasiya qaydaları hazırlanıb. Bu qaydalara əsasən, məktəblərin fəaliyyəti bir sıra istiqamətlər üzrə təhlil olunacaq".
Görünməmiş vəhşilik: 650 min insan əzabla ölə bilər
"İraq və Şam İslam Dövləti" (İŞİD) misli görünməmiş qəddarlığı, cəlladlığı ilə tanınsa da, yeni vəhşiliyə əl atıb. Terror təşkilatı hələ də əlində saxladığı Mosul şəhərinin içməli su sistemini darmadağın edib.
Əlillərin əl işlərindən ibarət sərgi keçirilib
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3-Dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş gənc əlillərin əl işlərindən ibarət sərgi keçirilib.














