Gündəm

İdmana ayrılan vəsait artırılıb

2 Dekabr 2016 14:04

“2017-ci ildə dövlət büdcəsindən bədən tərbiyəsi və idman sahəsinə ümumilikdə 34 milyon manat ayrılacaq”. “Olaylar” xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, gələn il gənclər və idman siyasəti sahəsinə ayrılacaq vəsait ötən ildəkindən çoxdur. Samir Şərifov eyni zamanda gələn il ölkədəki idman komplekslərinə ayrılacaq vəsaitin də həcmini açıqlayıb: “Gələn il idman komplekslərinin saxlanılmasına isə 6,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur”. Samir Şərifov 2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılan qurumun adını da açıqlayıb: “2017-ci ildə gənclər siyasəti sahəsində ən az pul vəsaiti ayrılacaq qurum Prezident yanında Gənclər Fondu olacaq. Belə ki, Gənclər Fonduna gələn il üçün cəmi 1 milyon manat ayrılacaq”.

Qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanılıb

2 Dekabr 2016 14:03

Moskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb. Bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

Eurovision-2017: Tarix bəlli oldu

2 Dekabr 2016 13:57

“Eurovision-2017” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək. Bu barədə müsabiqənin təşkilatçısı olan “UA:Birinci” Ukrayna milli telekanalının mətbuat xidmətinin məlumatında bildirilir.

Gələn il tikinti sektorunda azalma olacaq

2 Dekabr 2016 13:50

“Dövlət investisiyasına əsaslanan modeldən özəl investisiyaya əsaslanan modelə keçidlə bağlı tikinti sektorunda azalma gözlənilir”.

Məmurların sayı azaldılsın

2 Dekabr 2016 13:47

“Azərbaycanda dövlət idarəetmə sistemində məmurların sayının 30 faiz azaldılması təklif olunub”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin birgə komitələrinin 2017-ci ilin dövlət büdcə zərfi ilə bağlı birgə iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib.

Terror təhlükəsi: 20 bina boşaldıldı

2 Dekabr 2016 13:46

Türkiyənin İzmir şəhərində terror təhlükəsi ilə əlaqədar 20 binadan insanlar təxliyə olunublar.

Azərbaycan və Rusiya arasında müqavilə imzalandı

2 Dekabr 2016 13:42

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində görkəmli rus bəstəkarı Sergey Prokofyevin 125 illiyinə həsr olunmuş V Sankt-Peterburq beynəlxalq mədəniyyət forumu çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2017-2019-cu illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Könüllülər “Nə? Harada? Nə zaman?” yarışmasına qoşulacaq

2 Dekabr 2016 13:40

Dekabrın 3-də Könüllülər Mərkəzində İslam Həmrəyliyi Oyunları və “Formula 1 Avropa Qran Pris” könüllüləri üçün "Nə? Harada? Nə Zaman?" İntellektual yarışı keçirəcək. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, yarış Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə baş tutacaq.

Rusiyanın Azərbaycandakı “5-ci kolon”u möhkəmlənir

2 Dekabr 2016 13:37

Rusiyanın ölkəmizdə fəaliyyət göstərən "5-ci kolonu"günü-gündən möhkəmlənməkdədir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsəsdullazadə deyib ki, bu qüvvələr Rusiyanın Ermənistanı hərbiləşdirməsinə susqunluq nümayiş etdirirlər:

Təlimə Dəstək Mərkəzinə işçi qəbul olunur

2 Dekabr 2016 13:34

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzi yaradılıb. İdarənin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Təlimə Dəstək Mərkəzinin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin olunması, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.

Dünya tarixinin ən bahalı hədiyyəsi elan olundu 

2 Dekabr 2016 13:31

ABŞ-ın "Forbes" jurnalı dünya tarixinin ən bahalı 10 hədiyyəsini müəyyən edib. Onların arasında Azərbaycanın qurudakı 16 neft yatağının sahibi, Rusiyanın "BİN" şirkətlər qrupunun prezidenti milyarder Mixail Qutseriyevin oğluna bu ilin martında etdiyi toy da yer alır. 

Üstündən çıxanlar polisi şok etdi

2 Dekabr 2016 13:29

İtaliya polisi illərdir axtardığı "Rəqqas" ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub. 

Mərc oyunları təşkil edən şəxslər həbs olunub

2 Dekabr 2016 13:26

Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri zamanı Gəncə şəhər sakini, İlqar Abdullayevin fəaliyyət göstərdiyi Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti ev 510A ünvanda yerləşən çayxanada qanunla müəyyənləşdirilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkil olunduğu aşkarlanıb.

Son 20 ildə 25 mindən çox diplomun 25-30 faizi tanınmayıb

2 Dekabr 2016 13:24

“Xarici ölkələrin ali məktəbləri tərəfindən verilmiş diplomların arasında da saxta olanları var. Hazırda onun neçə faiz təşkil etdiyini deyə bilmərik. Biz idarə olaraq saxta diplomların müəyyənləşdirilməsinə deyil, diplomların əldə olunmasının Azərbaycanın nostrifikasiya prosedurları ilə ziddiyyət təşkil edib-etməməsinə baxaraq tanınmasına qərar veririk”.

Xaricdə distant təhsil alan tələbələrin diplomlarının tanınmamasına aydınlıq gətirilib

2 Dekabr 2016 13:21

Yeni hazırlanan akkreditasiya qaydaları yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi rəisinin səlahiyyətlərini icra edən Samir Vəliyev bildirib ki, hazırda akkreditasiya bir proses olaraq təhsil müəssisələrinin təhsildə keyfiyyətin təminatı istiqamətində gördüyü işlərin qiymətləndirilməsi ilə bilavasitə əlaqələndirilir.