Gündəm
OPEK ölkələrinin Vyana razılaşması manatın məzənnəsinə necə təsir göstərəcək?
OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflər neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmaq barədə razılığa gəliblər. OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Amma mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır?
"Bir gün bütün türklər Ötükənə, Orxon-Yenisey vadilərinə ziyarəti özlərinə müqəddəs borc biləcək"
İlqar İlkin: "Ortaq tarixi, keçmişi, ortaq ruhu paylaşdığımız bütün türk xalqları ilə bir can olaraq bütövləşmək bizim gələcəyimizi şəkilləndirən tək gerçək olacaq. Mən isə bu gerçəkliyə yalnız inanmıram, həm də onun üçün cəhd edirəm" Axar.az Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru, şair İlqar İlkinlə müsahibəni təqdim edir:
Vətənpərvərlik tədbirləri xarici ölkələrdə də təşkil olunur
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hissələrində vətənpərvərlik tədbirləri həyata keçirilir. Belə Tədbirlərdən biri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş tutub. Belə ki, Xidmətin fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Nitq qüsuru olan uşaqlar əməliyyat edilməlidirmi?
Esmira Qafarova: “Çox ailə dilaltı qədəh kəsildikdən sonra danışmayan uşağın danışmağa başlayacağını düşünür. Bu səhv fikirdir” “Çünki dilaltı qədəh yalnız bəzi hərflərin düzgün çıxmasını mane olar” Dünya inkişaf edib dəyişdikcə insanlarda, onların orqanizmlərində də bir sıra dəyişikliklər özünü büruzə verir. Daha çox özünün mənfi tərəflərini göstərən bu dəyişikliklər ətraf mühitin, qəbul edilən qidanın, ekologiyanın çirkləndirilməsi və s. səbəblərdən meydana çıxır. Son illərdə insan orqanizmində, xüsusilə uşaqlarda meydana gələn problemlərdən biri də nitq qüsurudur. Uşaqların sözü açıq-aydın ifadə etməməsi, kəkələməsinə bir sıra amillər səbəb ola bilir. Zamanında həmin amillərin aradan qaldırılması gələcəkdə uşağın həyatında niqt qüsurunun hiss edilməməsi ilə nəticələnir. Amma, nitq qüsurunda olan problemlərin xəstəlikdən də meydana gəldiyi danılmazdır. Daha doğrusu ağız boşluğunda olan bəzi xəstəliklər nitq qüsurunun meydana gəlməsinə səbəb ola bilər.
"Samir Şərifovun təklifini eşidəndə xəcalət çəkdim”
Deputat: “Rayonların büdcələrinin öz gəlirləri hesabına formalaşdırılması dövlətin strateji siyasətinə uyğun deyil” 2017-ci il üzrə dövlət büdcə layihəsinin Milli Məvlisin daimi komitələrinin iclasında müzakirəsi deputatların bir sıra maraqlı təklif və iradları ilə müşayiət olunub. Tarif Şurasının qərarı ilə qaz və elektrik enrjisinin qiymətinin artırılmasına münasibət bildirən millət vəkili Fəzail Ağamalı qeyd edib ki, istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılmalıdır. Onun sözlərinə görə, Tarif Şurasının qazın və işığın verilməsi ilə bağlı tətbiq etdiyi kvotanın artırılması yaxşı olardı: “ Kəndlərdə insanlar qazla isinirlər. Kvota buna bəs etmir. Kvotanın 1500-dən 3000-ə qaldırılması məqsədəuyğun olardı.
Amerika Federal Ehtiyat Sisteminin qərarı növbəti devalvasiya yarada bilərmi?
Pərviz Heydərov: “Manatın məzənnəsini Amerikanın Federal Ehtiyat Sisteminin qərarlarına bağlamaq düzgün deyil” Dünya maliyyə bazarlarında yenə gərginlik müşahidə edilməkdədir. Əsas neft ixrac edən ölkələr sayılan OPEK-in bu günlərdə Vyanada neft hasilatını azaltmaq barədə əldə etdiyi ilkin razılaşma neft qiytmətlərinin bir qədər artmasına gətirib çıxarsa da, lakin prosesin heç də arzu olunan sonluqla nəticələnəcəyi inandırıcı görünmür.
Maraqlı tədris vəsaiti
Bu günlərdə “Ecoprint”nəşriyyatı tərəfindən görkəmli alimlər Şudeyf İmamverdiyev və Əlimardan Baxışovun “Kliniki uroginekologiya” dərs vəsaiti çapdan çixmışdır.Kitabdan uroloqlar,ginekoloqlar,ümumi cərrahiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislər istifadə edə bilərlər.
Əgər mədəniyyət dağılarsa...
Komitə sədri: “... Onu bərpa etmək üçün uzun illər tələb olunur” “2017-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi Milli Məclisin daimi komitələrində cəmi üç gün davam etdi. Məlumata görə, qanun layihəsinin müzakirəsinə parlamentin plenar iclasında da eyni vaxt sərf olunacaq.
Əlilliyi olan şəxslərin xalça nümunələrinin sərgisi təşkil olunub
3 Dekabr - Beynəlxalq Əlillər günü ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "Əlil Sahibkarlar Təşkilatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə bir qrup əlilliyi olan şəxsin hazırladıqları xalça nümunələrinin sərgisi təşkil olunub.
Azərbaycanlını döyüb, 630 mini oğurladılar
Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar. Məlumata əsasən, 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində, bina 20-nin qarşısında baş verib.
Misli görünməmiş qalmaqal: 350 futbolçu zorlanıb
Futbolun vətəni sayılan Britaniyada çox böyük qalmaqal yaşanır. Britaniyanın Milli Polis Rəhbərləri Şurasının (National Police Chiefs' Council, NSPCC) ölkə futbolunda zorakılıq və təcavüz halları ilə bağlı noyabrın 23-də açdığı "qaynar xətt"ə artıq 860 nəfər zəng vurub. Milli.Az The Sun-a istinadən bildirir ki, NSPCC-dən verilən məlumata görə, İngiltərədə sabiq futbolçular və hazırda müxtəlif klubların heyətində çıxış edən oyunçular arasında 350 nəfər seksual zorakılıq qurbanı olub. Onlar yeniyetmələrdən və ya gənclərdən ibarət komandaların heyətlərində çıxış edəndə təcavüzə məruz qalıblar.
Buraxılış imtahanında tətbiq olunacaq YENİLİKLƏR AÇIQLANDI
"IX sinif buraxılış imtahanında yeniliklər edilib". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva deyib.
Azərbaycanda köhnə işıq və qaz tarifləri limitinin artırılması təklif edildi
500 kilovat-saatdan az elektrik enerjisi və 3000 kubmetrdən az qaz istehlak edən vətəndaşlar üçün tarifləri əvvəlki səviyyədə saxlamaq lazımdır.
"Azərbaycanı araşdırmış" kəşfiyyatçı zabit "mavi" və İŞİD-çi çıxdı
Almaniyanın milli kəşfiyyat və əks-kəşfiyyat strukturu olan "Bundesamt für Verfassungsschutz" (BFV) əməkdaşı, 51 yaşlı şəxsin homoseksual, habelə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına meylli adam olduğu aşkarlanıb.
Omdudsmanın büdcəsi dəyişmədi
2017-ci ildə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) fəaliyyətinə ayrılacaq vəsaitin həcmi açıqlanıb. “Olaylar” xəbər verir ki, bu barədə 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi maliyyə naziri Samir Şərifov danışıb. Nazir bildirib ki, gələn il Ombudsmanın fəaliyyətinin maliyyə təminatı üçün dövlət büdcəsindən 1,9 milyon manat vəsait ayrılacaq. Xatırladaq ki, 2016-cı ildə də Ombudsman Aparatının fəaliyyətinə 1,9 milyon manat ayrılmışdı.














