Gündəm
Paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb
Yağmurlu hava şəraitində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə paytaxtda iki avtomobil yolunda sürət həddi aşağı salınıb. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub.
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. 1973-cü il təvəllüdlü Cəlal Cəfərov külli miqdarda vergidən yayınmaqda təqsirləndirilir.
Rusiyanın Azərbaycandakı “5-ci kolonu” fəaliyyətdə
Moskvanın Ermənistanla hərbi birlik yaratmaq istəyi, yaxud Kremlə qarşı çıxanların hədəfə alınması Rusiya hökumətinin Ermənistanla hərbi birlik yaratmaq barədə verdiyi qərar və işğalçı ölkənin silahlandırılması istiqamətində nümayiş etdirdiyi fəallıq Azərbaycan ictimaiyyətində ciddi etirazlara səbəb olub. Əksər siyasi partiyalar, ictimai təşkilatlar, eləcə də bir sıra millət vəkilləri rəsmi Moskvanın belə bir addım atmasını kəskin şəkildə pisləyiblər. Amma maraqlı məqam ondan ibarətdir ki, Rusiyanın Ermənistanla hərbi birlik yaratmaq istiqamətində apardığı işi haqlı olaraq tənqid edənlər, Moskvanı bu addımdan çəkindirmiyə çalışanlarla yanaşı, qeyd edilən məsələdə bir qədər səbrli mövqe nümayiş etdirənlər də var. Hətta Rusiyanı tənqid edənləri qınayanlar da mövcuddur. Elə bu amil Azərbaycanda siyasilər arasında müəyyən ziddiyyət yaradıb.
“Tarif Şurasının qərarı ilə artan daxilolmalar ünvanlı sosial yardıma yönəldiləcək”
"İmkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir. Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar da aşağı qiymətlərdən də istifadə edəcək”.
Nazir: “MKS-ların tam özəlləşdirilməsi mümkündür”
“Büdcədən Mənzil-Kommunal Sahələrinə ayrılan xərclər o qədər də yüksək deyil. Büdcədən bu sahəyə ayrılan vəsaitin böyük hissəsi, yəni 40%-i Mənzil-Kommunal Sahələrdə çalışanların əmək haqqının ödənilməsinə yönəlir. Digər tərəfdən, bu vəsaitdən yaşıllıqların salınması, tullantıların daşınması və s. istifadə olunur. Lakin bu sahəni özəlləşdirmək o demək deyil ki, hökumət bu xərclər üzrə qazanır”.
Universitetdə kütləvi dava -VİDEO
Antalyada Akdeniz Universitetinin girişində iki tələbə arasında düşən dava universitetin içinə qədər gedib çıxıb.
Şəkidə Tarix İnstitutunun nəşrlərinin sərgisi təşkil olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun başçılığı altında institut əməkdaşlarından ibarət nümayəndə heyəti Şəki şəhərində keçirilən TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında və “Türk dünyasının mədəniyyət paytaxtı – Şəki-2016” ilinin bağlanış mərasimində iştirak edib.
Futbolçuların öldüyü təyyarə qəzasının ŞOK TƏFƏRRÜATI
Bu həftənin əvvəlində Kolumbiyanın Medelyin şəhəri yaxınlarında dağ yamacına çırpılaraq qəzaya uğrayan təyyarə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
İstanbulda yanacaqdaşıyan maşın partlayıb: ölən və yaralılar var - VİDEO
İstanbulun Böyükçəkməcə bölgəsində maye yanacaqdaşıyan maşın partlayıb. Hadisə təmir zamanı baş verib. İlkin məlumata görə, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
İntihar etməmişdən öncə Facebook-da bu statusu yazdı
Kayseridə bir qız özünü yaşadığı binanın 7-ci mərtəbəsindən ataraq intihar edib. İntihardan sonra sosial şəbəkə hesabında: "Qəbul edirəm ki, o qədər də yaxşı bir insan deyiləm, amma bu qədər şərəfsizliyi də haqq etmədim. O zaman yaşamaq üçün ölmək lazımdır", - yazdığı məlum olub.
Prezidentin xarici siyasəti həm XİN, həm də səfirliklər üçün nümunə olmalıdır
"Bu gün dünyada gedən proseslər Azərbaycanda öz əksini tapır və öz təsirini göstərir. Prezident İlham Əliyev islahatların aparılması haqqında öz siyasi iradəsini ortaya qoyub və 2017-ci ilin büdcəsinə məhz həmin islahatlar konsepsiyası öz əksini tapıb ”. “Olaylar” xəbər verir ki, bunu 2017-ci il üzrə dövlət büdcə layihəsinin komitələrdə birgə müzakirəsi zamanı deputat Səməd Seyidov deyib.
Elmira Süleymanova: “Sənədsiz evlər sənədləşdirilməlidir”
“Sənədsiz evlər və onalrın altında olan torpaqlarını sənədləşdirilməlidir”. “Olaylar” xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Bynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Ombudsman: “Hökümət kredit borcu olanların problemini həll etməlidir”
Ombudsman hərbçi ailələrinə kirayə haqqı ilə bağlı verilən müavinətin artırılamsını təklif edir. “Olaylar” xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Bynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, hərbçilərə xidmət etdikləri yerlərdə kirayədə yaşamaq üçün onlarla verilən müavinətlər yetərincə olmadığından ciddi problemlər yaradır və bununla bağlı bizə çoxsaylı müraciətlər edilir: “Bu vəsait xeyli müddət bundan əvvəl müəyyənləşdiyindən indiki realalıqlara uyğun deyil və hərbçilərə kirayə haqqı ilə bağlı müavinətin həcminin artırılmasına ehtiyac avr. Bu nə qədər tez olsa o, qədər yaxşı olar”.
Deputat gəlirsiz müəssisələrin özəlləşdirilməsini təklif edir
“Bu gün büdcədə bir sıra dövlət müəssislərindən büdcəyə daxilolmaların həcminin 5-6 milyon manat civarında göstərilib. Bu isə yetərincə aşağı göstəricidir”.
Gələn ilin büdcəsi Milli Məclisin iclasına tövsiyə olundu
“2017-ci ilin dövlət büdcəsi haqqında”, “2017-cı il üçün yaşayış minimumu haqqında”, " 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları parlamentin qarşıdan gələn plenar iclaslarına tövsiyə olunub. “Olaylar” xəbər verir ki, bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. O, MM-in komitələrinin müzakirələrdən sonra hökumət və deputatlarla birgə yekdilliklə gələn ilin dövlət büdcə layihəsinin parlamentin dekabr ayının 6,7 və 8-də baş tutacaq plenar iclaslarına tövsiyə olunduğunu bildirib.














