Gündəm
“Azərbaycanın İntellektual Birincisi” layihəsi davam edir
“Azərbaycanın İntellektual Birincisi” layihəsinin dekabr ayının 3-də Xırdalan, Sumqayıt, Xızı rayonlarının gənc intellektuallarının iştirakı ilə Sumqayıt turniri, Mingəçevir, Ağdaş, Bərdə, Göyçay Kürdəmir, Ucar, Yevlax, Zərdab rayonlarının gənc intellektuallarının iştirakı ilə Mingəçevir turniri, Dekabr ayının 4-də Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux, Tovuz rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəmkir, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının gənc intellektuallarının iştirakı ilə Quba turniri keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a “İRƏLİ” İctimai Birliyindən daxil olub. Bildirilib ki, açılış mərasimindən sonra 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "VətəniTanı") oyunlarına start veriləcək və qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Sonda turnirin bütün iştirakçıları şəhadətnamə ilə təltif ediləcəkdir.
Məhkəmə qarşısında vəsadət qaldırılıb
Cari ilin noyabr ayında Penitensiar xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya müxtəlif cəzaçəkmə müəssisələrində məhkumlarla görüşləri olub.
Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyətini dərk edir
ATƏT-in gələcək sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Trend-ə müsahibə verib.
2017 Formula 1 Azərbaycan Qran Prisinin ilk biletini kim alıb?
Dekabrın 2-dən etibarən 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri satışa çıxarılıb.
“Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
ABŞ-da baş verən meşə yanğınlarında 11 nəfər ölüb
ABŞ-ın Tenessi ştatında baş verən meşə yanğınları zamanı 11 nəfər ölüb. APA-nın “NBC News”a istinadən verdiyi məlumata görə, son məlumata əsasən daha 74 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 700 bina və yaşayış evi zərər görüb. 14 min nəfər təxliyyə olunub. Daha 70 nəfər isə itkin düşüb və xilasedicilər onların axtarışı ilə məşğuldur.
“Quş qripi”nə yoluxan 5 min ördək məhv edilib
Fransada H5N8 virusu (“quş qripi”) aşkarlanan 5 min ördəkdən 2 mini öldürülüb, qalan 3 min ördək isə profilaktik tədbir görmək məqsədi ilə ayrılıb.
Turist vizaları üçün rüsumu ləğv edib
Tailanda birdəfəlik giriş üçün turist vizası müvəqqəti olaraq pulsuz olacaq. Bu barədə Tailand Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin internet səhifəsində məlumat verilib.
Bəzi apteklərdə güclü təsirə malik dərmanların satışına icazə veriləcək
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində mərkəzin, Respublika Narkoloji Mərkəzinin və İnnovasiyavə Təchizat Mərkəzinin rəhbərliyinin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin topdan və pərakəndə satışı fəaliyyətinə xüsusi icazə almaq istəyən, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.
Xaricə getmədən pulla saxta diplom alanlar var
“Təhsil Nazirliyi xaricdə təhsillə məşğul olan hansısa müəssisənin göndərişi ilə diplom tanımır”. Bunu lent.az-a açıqlamasında Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəhbəri Samir Vəliyev deyib.
“Cəbhədə ölmək sərfəlidir? Onda göndərək nazirləri, prezident administrasiyasının işçilərini...”
İrəvanda təmas xəttində ölən və yaralanan əsgərlərə ödəniləcək kompensasiyanı işləyən vətəndaşlardan ayda 2 dollar yığmaqla 30 və 15 min dollara çatdırmağı (müvafiq olaraq) nəzərdə tutan qanun layihəsinə qarşı növbəti etiraz aksiyası keçirilib.
İKT sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb
Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil və Kənd Təsərrüfatı nazirlikləri ilə Çinin İqtisadi Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə məlumat “OLAYLAR”-a nazirliyin mətbuat xidmətindən daxil olub. Müqaviləyə əsasən, Çin Xalq Respublikası Hökumətinin texniki yardımı hesabına tədris prosesində istifadə olunması məqsədilə İKT avadanlıqlarının təhsil müəssisələrinə çatdırılması nəzərdə tutulur.
Bakıda beş mağazada qanunsuz dini ədəbiyyat satışı aşkarlanıb - REYD
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), DQİDK-nın Bakı şəhəri üzrə şöbəsi Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə birgə paytaxtın Səbail və Nəsimi rayonları ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın, habelə mal və məmulatların satışı ilə məşğul olan 5 mağazada reyd keçirib.
Mərkəzi Neftçilər Xəstəxanası özəlləşdirməyə çıxarılıb?
Azərbaycanda özəlləşdiriləcək 11 səhiyyə müəssisəsi içərisində Mərkəzi Neftçilər Xəstəxanasının adı yoxdur.
Prokuror Maşallah Əhmədova 9 illik həbs cəzası istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.














