Turist vizaları üçün rüsumu ləğv edib
Tailanda birdəfəlik giriş üçün turist vizası müvəqqəti olaraq pulsuz olacaq. Bu barədə Tailand Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin internet səhifəsində məlumat verilib.
2 Dekabr 2016 15:51 DünyaTailanda birdəfəlik giriş üçün turist vizası müvəqqəti olaraq pulsuz olacaq. Bu barədə Tailand Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin internet səhifəsində məlumat verilib.
Bildirilib ki, bu rejim dekabrın 1-dən fəaliyyətə başlayıb və 2017-ci il fevralın 28-dək davam edəcək. Bundan əvvəl bir dəfə ölkəyə giriş üçün vizanın rüsumu 1000 bat və ya təqribən 28 dollar olub.
Bundan əlavə, Tailand Krallığınaa gəldikdən sonra viza alan səyahətçilərdən tələb olunan rüsum 2000 batdan 1000 bata qədər endirilib. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31