Gündəm
Qanlı cinayətin üstü on aydan sonra açıldı
Cari il fevralın 29-da Bakı şəhər sakini Fuad Nəbibəyliyə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurulub. Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Sərvan Dünyamalıyev tutulub. Həmçinin Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-də Bakı şəhər sakini Rauf Seyfullayevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini Aydın Əsgərov tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
Dərman oğruları iş başında yaxalanıblar
Dekabrın 1-də saat 01.35 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindəki apteklərdən birindən Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə gəlmiş RMİ əməkdaşları tərəfindən oğurluğa cəhd göstərməıkdə şübhəli bilinən Sabirabad rayon sakini Nemət Abdullayev saxlanılıb. Saxlanılan şəxslər 15-ci PB-nə təhvil verilib.
Avtomobil vuran kişi hadisə yerində ölüb
Dekabrın 2-də saat 03 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Rüfət Əliyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə həmin şəxs hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır
Bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Bunu prezident İlham Əliyev "Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli" mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə deyib.
"Rusiyanın Qarabağ münaqişəsinin həllini prioritet müəyyən etməsini alqışlayırıq"
Yeni xarici siyasət konsepsiyasında Rusiya tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik.
Köçəryan Ermənistandan gedir
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya paytaxtına yollanır. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, 1in saytı ikinci prezidentin ofisinin rəhbəri Viktor Soqomonyandan keçmiş dövlət başçısına 2017-ci ildəki parlament seçkilərində hansı rol veriləcəyi ilə maraqlanıb.
Baş Prokurorluq xəbər saytına xəbərdarlıq edib
Azərbaycanda xəbər saytına xəbərdarlıq edilib. Bu barədə “Report”a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib. Belə ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Politika.az” xəbər portalında müxtəlif başlıqlı məqalələrdə təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirilməklə cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edən həqiqətə uyğun olmayan informasiyalar dərc edilib.
İlham Əliyev: “Müsəlmanların biri-birini qırmasına laqeyd baxa bilmərik”
“Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik”.
Çimizdə Azərbaycana kömək edənlər var
Ermənistan Müdafiə Nazirliyi təmas xəttinin Xocavənd istiqamətində bir neçə erməni əsgərin yaralanması və birinin ölməsi barədə ötən gün virtualaz.org və haqqin.az saytları tərəfindən yayılan məlumatla bağlı “Azadlıq” radiosunun erməni xidmətinin sorğusunu cavablandırıb.
BP Bakı Ali Neft Məktəbinə kitablar hədiyyə edib
BP şirkəti Bakı Ali Neft Məktəbinin kitabxanasına riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarət kitab kolleksiyası hədiyyə edib. “OLAYLAR”-ın xəbərinə görə, şirkətin bu addımı kitabxanaya maddi və mənəvi dəstək olmaqla yanaşı, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə kömək edəcək. Məktəbin 5 illik yubileyi ərəfəsində BP-nin kitab hədiyyəsini kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi şirkətə xüsusi minnətdarlıq bildirib.
Beynəlxalq Avtovağzaldan kabel oğurlayan saxlanıb
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yaşıllaşdırma zolağının işıqlandırılmasını təmin edən elektrik naqilinin 35 metrlik hissəsini kəsərək oğurlamağa cəhd göstərilib. “Olaylar” Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluğa cəhd göstərmiş şəxs yaxalanıb. Onun Bakı şəhər sakini Akif Həsənov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Robotların ümumdünya sammitinin keçiriləcəyi yerin adı AÇIQLANDI
2020-ci ildə robotların birinci ümumdünya sammitinin keçiriləcəyi yer bəlli olub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Xirosiqe Sekon bildirib. Onun sözlərinə görə, sammit Tokoname və Minamisona şəhərlərində keçiriləcək.
Barselona aeroportunda zibil torbalarında 1 milyon avro daşıyan iki nəfər saxlanılıb
İspaniya Vətəndaş Qvardiyası Barselona beynəlxalq hava limanında iki Çin vətəndaşından qanunsuz yolla daşınan 1 milyon avrodan çox vəsait müsadirə edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Formula 1 biletlərini erkən alanlara XÜSUSİ GÜZƏŞT
Formula 1 Azərbaycan Qran Prisinin biletlərini dekabrın 2-dən 2017-ci ilin yanvarın 31-dək tarixlərində alanlara 30 faiz güzəşt ediləcək.
“Bakı Qarabağa görə ruslarla...”
ABŞ kəşfiyyatı Kremlin PLANLARINI AÇDI “Avropa və Birləşmiş Ştatlarda baş verənlər Rusiyanın əlini gücləndirir. Artıq post-sovet ölkələri öz siyasi xətlərinə yenidən baxırlar”. Bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzinin məqaləsində deyilir.














